"Şüurunuzu işləməyə məcbur etməlisiniz, başa düşməlisiniz ki, sərvətli və müvəffəq olmağı təsadüfün, bəxtin öhdəsinə buraxmaq olmaz. Unutmayın ki, əsrin ən böyük var-dövlətini yığmış insanlar, pul (və uğur) onlara doğru axın etməzdən əvvəl uzun müddət ümid edib, istəyib, arzulayıb, plan qurublar.
Təsadüfün olmadığına inaman insan üçün həyatında baş verən hər bir gözlənilməz hadisənin pərdə arxasında bir çox hikmətli səbəblər və dərin mənalar yatır.