Jale Hashimli

Jale Hashimli
There is a hope always. #künfeyekün
"Çağrı" - Elçin Əzimli
Puan vermedi·388 syf.··
2024 2. kitabı
·
142 günde okudu
·
Okunma: 22 Nisan 2024 08:49
Yazıçının oxuduğum 2-ci kitabı idi. Bu kitabda da həyati mətləblərə toxunulur, və bu həyatda düzgün yaşamağın yolları insana aşılanır. Əsərin qəhrəmanı Çağrı çox çətinliklərlə üz-üzə qalır, çox sınaqlardan keçir və ən sonda özünə - ruhuna gedən yola qovuşur. Əslində insan da çətinliklər gördükcə püxtələşir, daha dözümlü, möhkəm iradəli birinə çevrilir bu həyatda. Çünki sonda varacağı yer özü olur, və bu inkişaf yolunda daim özünü təkmilləşdirən, öz ruhunun ehtiyaclarını bilən insan ən xoşbəxt varlığa çevrilir. Həm tarixi, həm də həyati hadisələrin cərəyan olunduğu möhtəşəm bir əsər idi, deyərdim və inanıram ki, belə əsərlərin sayı çox olacaq.
Çağrı
Çağrı
Hayata Dair
ÇağrıElçin Əzimli · Teas Press · 2023107 okunma
10/10
·160 syf.··
Beğendi
·
2023 5. kitabı
·
20 günde okudu
·
Okunma: 14 Nisan 2023 00:23
Sabahattin Ali
Sabahattin Ali
Kürk Mantolu Madonna
Kürk Mantolu Madonna
Kitab haqqında fikir və təəssürratlarımın qısa özeti ola biləcək ən gözəl cümlə:) Bir kitabı okurken geçen iki saatin ömrümün birçok senelerinden daha dolu, daha ehemiyyetli olduğunu farkedince insan hayatının ürkütücü hiçliğini düşünür ve yeis içinde kalırdım.
Hayat ve İnsan
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025375,7bin okunma
10/10
·358 syf.··
Beğendi
·
2023 3. kitabı
·
8 günde okudu
·
Okunma: 05 Mart 2023 00:00
Dan Ulduzu
Dan Ulduzu
mənim də həyatımı aydınlatmağı bacardı. Onu həm də dağınıq düşüncələrimi toparlayan bir darağa bənzədirəm. Həqiqətən də oxuyarkən insan nəinki özünü tapır, hətta özü-özü ilə üzləşir deyərdim, həyatını, yaşadıqlarını sorğulayır, çoxu şeylərdən agah olur. Hər kəsə aydınlanmaq üçün oxumağı tövsiyə edirəm. Kitab sayəsində beynimdəki bir çox şübhəli suallara cavab tapmağı bacardım, məncə. Əminəm ki, siz də oxuduqdan sonra özünüzdəki dəyişikliklərin fərqinə varacaqsınız.
Hayat ve İnsan
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019152 okunma
Rövşən Abdullaoğlu - "Relslər üzərinə uzanmış adam"
10/10
·424 syf.··
Beğendi
·
2023 1. kitabı
·
5 günde okudu
·
Okunma: 25 Ocak 2023 18:44
Həyat, yaşamaq, ümid, mübarizə.....ölüm.Düşünsək, hər birimiz bir məna verəcəyik bu mücərrəd məhfumlara.Bu dəfə isə sadəcə bir yazıçı qələmi bütün yanlış düşüncələrimi yenməyi bacarmışdı.Deməli,
Yaşam ve Ölüm
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,799 okunma
Pərinuş Sənii - "Mənim Payım"
9/10
·400 syf.··
Beğendi
·
2022 4. kitabı
·
30 günde okudu
·
Okunma: 03 Ağustos 2022 10:05
İran qadınlarının həyatından bəhs edən, avtobioqrafik bir əsər.Məsumənin acınacaqlı həyatı əsərin süjet xəttini təşkil edir.Öz xoşbəxtliyini yaşamaq üçün həmişə çalışsa da, ona qismət olmur.Əsər də beləcə kədərli və hüzünverici sonluqla bitir.Yenə təkliyə düçar olur. Əslində isə onun başına gələn hadisələrinin çoxunun səbəbkarı böyüdüyü ailə, mühit, qardaşlarının guya öz bacısının əxlaqını, namusunu qoruması üçün həyatına etdiyi müdaxilələr, evdə baş verən köhnəfikirli söhbətlər - hamısı Məsumənin taleyini alt-üst edirdi.Özünün yox, məhz ailəsi və qardaşlarının razılığı ilə üzünü belə görmədiyi insana ərə gedən Məsumə, öz taleyilə barışıb vəziyyəti düzəltməyə, elm, təhsil dalınca qaçıb ali təhsil almağa çalışan dünyagörüşlü, düşüncəli və mübariz qız idi. Təəssüf ki, bəzən həyatda biz də belə hadisələrin şahidi oluruq.Amma məncə bunlara qarşı susmaq lazım deyil, əksinə həmişə mübarizə aparmalıyıq.Çünki bir savadlı qadının, qızın başqalarının əlinin altında 'əsir' olması, onlardan asılı olması çox dəhşətli bir şeydir.Yadımızdan çıxarmayaq ki, bir qadın bir anadır, ana isə ailəni, övladlarını aydınlığa çıxaran nur, işıq....Cəmiyyətin, ölkənin isə parlayan, hər yerə şəfəq saçan, heç vaxt sönmək bilməyən Günəşi!!!
Kadın Hakları
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,398 okunma