Anam da qorxan deyil. Bir dəfə anamın alverçini diri toyuqla vurduğunu görmüşəm. Nə var, nə var, onunla söz güləşdirmişdi. Bir əlində balta, o birində toyuq – çıxıb kişinin başını üzsün. Alverçini baltalamaq istəyib, amma hansı əlində nə olduğunu çaşdırıb və toyuqla vurub. Həmin toyuğu, axır ki, yeyə bilmədik. Qıçlarından başqa heç nəyi qalmamışdı. Babam buna baxıb gülməkdən ölürdü.