Kərimova

Kərimova
@Kerimli_
Həyat verə bilərmi, xəyalın verdiyini?!
Filologiya,müəllim
bachelor (ADPU)
Azərbaycan
Sumqayıt
68 kütüphaneci puanı
545 okur puanı
Mart 2021 tarihinde katıldı
Sən öləndə kim olacaq gözlərini bağlayan?!
Puan vermedi·80 syf.··
2024 6. kitabı
Yazıçı müsahibələrindən birində deyir:"Oyun havası" birnəfəsə yazılıb. Təxminən on gün ərzində. O zaman mən kifayət qədər qələm təcrübəsinə malik idim. Nə isə yazmağa başlayanda özümü necə
1000Kitap
Oyun HavasıMəmməd Oruc · Qanun Nəşriyyatı · 201827 okunma
Yaxşı ki öldün!
Puan vermedi·320 syf.··
2022 30. kitabı
·
8 günde okudu
·
Okunma: 20 Temmuz 2022 15:38
Əsər boyu baş qəhrəman Tanrıya inanmadığını və xüsusilə də gecələr ondan qorxduğunu deyir. Yaşlı bir adamla rastlaşdıqlarında o da illər boyu çalışsa da dindar ola bilmədiyini vurğulayır və gənc leytenantdan bir şey xahiş edir: bir gün mənim üçün dua et. Məncə, burada insanın içindəki qorxu da ön plana çəkilir. Yaşlı kişi inanmır Tanrıya, amma gəncin əgər onun üçün dua edərsə Cənnət varsa, cənnətə düşəcəyini arzu edir. Müharibə öldürür və bu zaman biz müharibələrin nə qədər miskin olduğunu deyirik. Sanki ölüm təkcə müharibədə gizli imiş kimi. Ölüm hər yerdə var. Öz sevdiyini və oğlunu itirən leytenantın baxışlarında və edilən duasının qarşılıqsız qaldığı həmin gecədə. O dua etmişdi,bəlkə də ilk dəfə səmimi qəlbdən kiməsə yalvarmışdı. Həmin an düşünürəm ki,dua yerinə yetsəydi o Tanrını hamıdan çox sevəcəkdi. Bu dua yerinə yetsə idi o Tanrıya yaxınlaşacaqdı. Amma dua... Əlvida,silah deyə bilirik. Bəs əlvida,ölüm! Əlvida, həyat!- deyə bilirikmi? Ölümün yox olması gərəkdir,müharibələrin bitməsi üçün. Amma nə ölüm bitəcək, nə də müharibələr. Və ölən balaca oğlan, "Yaxşı ki öldün!Yoxsa nə insanlar səni yaşadacaqdı, nə də Tanrı!"
1000Kitap
Əlvida, Silah!Ernest Hemingway · Bakı Kitab Klubu · 20177,9bin okunma
Onu yeraltına kim məhkum edib: özü yoxsa insanlar?
8/10
·140 syf.··
Beğendi
·
2021 101. kitabı
·
6 günde okudu
·
Okunma: 17 Kasım 2021 20:31
Onu bir dəfə də olsa görmədim və onunla heç danışmadım amma indi o öləndə, birdən anladım ki, Dostoyevski mənə ən yaxın, ən qiymətli və ən gərəkli insan imiş..." ( Lev Tolstoy) Dostoyevskini nə
1000Kitap
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025159,3bin okunma
Dostu unut, sənlə bizim aramızda olan dağlardan danış!
Puan vermedi·288 syf.··
2022 24. kitabı
·
9 günde okudu
·
Okunma: 22 Mayıs 2022 15:38
Dağlar arxasında üç dost var: azərbaycanlı Şahlar, ukraynalı Mikola və erməni Hayk...Nəzərə alsaq ki, dövrün tələbi vardı. Və ədəbiyyat da bu tələbdən yan keçə bilmirdi. Məhz bu səbəbdən
1000Kitap
Dağlar Arxasında Üç Dostİlyas Efendiyev · Bakı Kitab Klubu · 2017215 okunma
Əziz Tanrı! Uşaqlar öldü.
Puan vermedi·80 syf.··
Beğendi
·
2022 16. kitabı
·
4 saatte okudu
·
Okunma: 25 Mart 2022 21:21
Balaca xərçəng xəstəsi Oskarın Tanrıya məktubları və Tanrıya ünvanladığı suallar, bəzən isə ona acıqlanması səhərisi isə məndən küsməmisən ki?- deyib barışması. Uşaq qəlbi necə də məsum və gözəldir.Bəs bu xəstəliklər nə üçün var? Niyə yox olmur bunlar? Məncə, əsərdə bizə verilən ismarıc həm də odur ki, din həm də böyük qüvvədir.Dinsiz xəstə biri həyata necə tapınardı? Suallar çox oldu.Cavablar isə naməlum zamana qədər təxirə salınıb. Kitabın hər cümləsində sanki balaca bir oğlana çevriləcəksiz. Özünüz olmaqdan çıxıb, bir "Oskar" olacaqsız.Amma onu əsla anlaya bilməyəcəyik. Əgər siz yaratdığınız bir dünyanın içərisində birilərinin ağrı acı çəkəcəyini bilsə idiz, bu dünyanı yaradardızmı? Görəsən, Tanrının hansı əsaslı səbəbi var idi ki, kiminsə ağrısından, kədərindən və körpələrin ölümündən daha vacib olsun...
1000Kitap
Oskar və Çəhrayı XanımEric Emmanuel Schmitt · Qanun Nəşriyyatı · 2020640 okunma