Gulshan21

Bəlkə doya ürəklər O öldü Ömrün sapı Düyün düşdü Qırıldı Bər-bəzəkli tabutu Nəğməylə basdırıldı Ömür boyu ayaqda O getdiyi yolları İndi çiyində getdi Ana laylalarıyla başlayan insan ömrü Matəm marşıyla bitdi Gözlər boşaldı,doldu Onun qəbri üstünə Təzə güllər qoyuldu Nəğmə,bir də gül-çiçək Görən bunlar nə demək! Yüz il yaşayan belə Ömrü yenə az sayır Hər şeydən doyan insan Təkcə qoca dünyada Gözəllikdən doymayır Qəbirlərin üstünü qoy bəzəsin çiçəklər Göz yumulandan sonra Gözəllikdən kam alıb, Bəlkə doya ürəklər
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Musafir pəncərəmin qabağından gecələr qatar keçir Hər qatarda Neçə vüsal Neçə intizar keçir Biri toya, Biri yasa gedənlər Biri kefə, Biri işə gedənlər Bir qatarda musafir Uçuran da Quran da Bir dünyada musafir Yıxılan da Quran da Bir dünyada musafir Yaranandan bugünədək qoşa uzansalar da Heç bir zaman görüşməyən Bu dəmir relslər kimi Ürəyimdən Bir birilə barışmayan Neçə duyğular keçir Pəncərəmin qabağından Gecələr qatar keçir (Bu şeir şairin 1970-lərdə nəşr edilən iki cildlik şeirlərinin ilk cildindəndir.Şərq-qərbin iki cildlik nəşrində bu şeir yoxdur)
Sən getdin Sən getdin, elə bil dünya boşaldı Yaz da köçüb getdi, yeri boş qaldı, Bahar ürəyimi sənsiz qış aldı, Mən yaza vurğunam, qışı neylərəm? Eşqimi aparıb sən getdin demək, Eşqsiz bir könül nəyimə gərək? Soyuq daşa döndü o gündən ürək Sinəmdən asılan daşı neylərəm? Həmişə ayrıyıq, gecə-gündüzük, Birimiz təpəyik, birimiz düzük. Üstünün qaşıyla tanmar üzük, Əgər üzük yoxsa, qaşı neylərəm? Niyə yaşayıram, mən niyə sənsiz? Nə yerə baxmaram, nə göyə sənsiz. Mən ki, kor olmuşam hər şeyə sənsiz, Kor gözün üstündə qaşı neylərəm?
Təzədən Bu şirin sevdaya düşəndən bəri Neçə yol ayrıldıq bir-birimizdən. Ayrılıq günləri, hicran günləri Uzandı... Ömrünə ömr aldı bizdən. Biz ki, öyrənmişik hicrana artıq. Cövrü yadda qalır, qəm unudulur. Sevən könüllərçün, gülüm, uzaqlıq Ən böyük, ən gözəl yaxınlıq olur. Yağış dayandımı? Qalın buluddan Sıyrılıb yenidən təzə gün doğur. Hər uzun ayrılıq, hər qısa hicran Səni mənim üçün təzədən doğur. Ayrılıq dəmləri düşürkən yada Təzədən sevirəm, təzədən səni. Elə bilirəm ki, bu gen dünyada İlk dəfə görürəm, gülüm, mən səni. Ayrılıq günləri düzülür səfə, Hər gün gözləyirik, hər gün bir günü, Ayrı bir adamsan, gülüm, hər dəfə Vüsalın əvvəli, hicranın sonu. Teleqraf kağızı... kiçik bir varaq. Alışan könlümə su səpir yenə Səndən ayrıldığım on gündür, ancaq Milyon illərdir ki, həsrətəm sənə. On gündə əzabla neçə-neçə min, Dəqiqə, saniyə yola saldıq biz. Bu uzun anların, dəqiqələrin Hansını yaşadıq bir-birimizsiz? Sənin də yerinə danışıram mən, Qoy olsun, qəlbimiz ayrı deyildir!
Bir salama dəymədi Bu gün mən səni gördüm, Salam vermək istədim, Üzünü yana tutdun. Söylə, illərdən bəri Qəlbimizin bir duyub bir vurduğu illəri, Axı, nə tez unutdun? Beş ildə gözümüzdən axan o qanlı sellər, Bir salama dəymədi? Həyəcanla, fərəhlə, qəmlə dolu o illər Bir salama dəymədi? Heç üzümə baxmadan yanımdan necə keçdin? Sən eşqin salammı qorxuyamı dəyişdin? Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? O qədər yaxın ikən, bu qədər uzaq oldun. Şirin gülüşlərimiz, acı fəğanlarımız Bir salama dəymədi? Qayğılı anlarımız, qayğısız anlarımız Bir salama dəymədi? Sən neylədin, bir düşün! Yalnız indi anladım: ah, sən daha mənimçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərim tək geri dönməyəcəksən!... Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm Düz beş il ürəyimdə Bəslədiyim məhəbbət, bir salama dəymədi. Bir günlük həsrətimə dözə bilməyən, gülüm,