Mahiparə

Mahiparə
@Kitablardan_sizlere
Həyat kitab`la gözəldir.,.
Güvən duyğusunu bir dəfə itirdinmi, ondan sonrası daima şübhədir. İnsan bir dəfə aldadıldıqdan sonra, gerçəklərdən belə şübhə etməyə başlayar. Həyatına girən hər kəsə şübhə ilə yanaşar və əsla, tam şəkildə güvənə bilməz. Nə fırtınalara sinə gərmiş sevgilər vardır ki, bir şübhə uğruna məhv olub çox zaman. Boş yerə deməyiblər, ağacı qurd, insanı isə şübhə öldürər. Şübhə, eynilə, qızdırmalı uşağa bənzəyər. Nə yatar, nə də yatmağa qoyar. Yatdığında isə kabuslar gördürər. Girdiyi qəlbi elə zəhərləyər ki, o qəlbdə nə dinclik qalar, nə də ki sevgi. Bundan birdəfəlik qurtulmağın tək yolu isə, şübhə ilə yaşamaq yerinə, şübhənin üzərinə getməkdir.
Reklam
Fəridə`nin dediyi kimi : Bu həyatda etdiyim ən yaxşı şey uzaqlaşmaqdır. Kin tutmuram, hesab tutmuram, çirkinləşmirəm, çətinlik yaratmıram. Sadəcəuzaxlaşıb, soyuyuram..
"Bəzən insanlar, ölümün var olduğunu unudub, çox kiçik səbəblərdən dolayı, bir-birinin qəlbini qırırlar. Səbəbsiz yerə, günlərlə, bəzən isə aylarla küsülü qalırlar. Bəzən, həyatın, iki dəqiqəlik üzr istəyəcək vaxtı belə, insanlara çox gördüyünü anlat. Onlara, ölümün saatı olmadığını xatırlat."

Okur Takip Önerileri

Tümünü Gör
Əgər, həqiqətən də sevgi belə bir şeydirsə, niyə görə insanlar daima gerçək sevginin axtarışında olurlar? Məncə sevmək, üzməyi bilmədiyin halda, yenə də dənizə atılmaqdır. Sevmək, əlinin yanacağını bilə-bilə, atəşə toxunmaqdır. Eynilə, pərvanənin şama olan sevgisindən, özünü yandırıb, kül etməsi kimi. Bir sözlə, sevmək, sonunu düşünməməkdir.
Ailə həyatı qurarkən, yaxşı və pis gündə, xəstəlikdə və sağlıqda, daim bərabər olmağa dair söz verilir. Bu sözün mənası çox böyükdür, əslində. Yaxşı gündə və sağlıqda hər kəs bir-birinin yanında olar. Pis gündə, xəstəlikdə isə yalnız həqiqətən sevənlər bir-birinin yanında ola bilərlər. Sevdiyin insan istər ölümcül xəstə olsun, istər əlil olsun, istərsə də sonsuz. Bunların heç biri sənin ona qarşı olan düşüncə və duyğularında dəyişikliyə səbəb olmamalıdır. Tam əksinə, hər zamankından daha çox sevib, daha çox qayğı göstərməlisən ona. Əks təqdirdə sən onu yox, sadəcə özünü sevibsən, deməli...
Reklam
Reklam
Geri116
255 öğeden 241 ile 255 arasındakiler gösteriliyor.