İllərdir bilmədiyim bir şey axtarıram. Harada olduğunu, kimdə olduğunu, hansı formada olduğunu bilmədiyim bir şeyi. Daxili narahatlıq dinc buraxmır. Sanki çox önəmli bir şeyi unutmuşam kimi. Həyatımı dəyişdirəcək bir şeyi. Bir adı.. bir vücudu.. bir ruhu.. hansısa uca bir varlığı.