Rezonans qanunu kitabı dostlarım tərəfindən dəfələrlə mənə tövsiyyə olunmuşdu. Adətən bu cür kitabları oxumağı sevmirəm, çünki internetdə bu tip məqalə və videovloqlar çoxdur. Lakin bu dəfə oxumaq qərarı verdim və oxudum. Fikrimcə düz qərar idi.
Kitab hamımızın bildiyi bir çox şeyi detallı və psixoloji əsaslarla izah edir. Enerjimiz, onu yönəltdiyimiz istiqamətdən bəhs edir. Pis və yaxşı düşüncələrimizin bizə hakim kəsilməsindən və hər yaşadığımız hadisənin təsadüf olmamasından danışır.
Fikrimcə oxusanız, heç nə itirməyəcəksiniz. Əksinə, enerjinizin daha müsbət və yerində istifadə edilməsinə maraq göstərəcəksiniz.