Mənə yoldaşlıq edən tənha gecələr
Nədən əlimdən tutursunuz ki,
qoy zərif əllərimi qəlbimin dostu var
Bəlkə o tutsun,
Kaşkilər,
Bəlkə,
Güman
ümidlər
Hamısı birər işgəncədir,
tənha gecələrim
gözlərimdən öpmə
Nədən saçlarıma sığal çəkmə
Nədən qoxulama məni
Niyə bu qədər sədaqət andın var
Tənha gecələr
Gözlərim bir nöqtəyə dikilib
Səssizlik iki əli ilə boğur məni
Qəlbimin dostu hardasan?
yenə uzaqlardasan
Bilmirəm bu tavan niyə alçalır
Niyə bir otaqda nəfəs tükənir
Bəlkə bu yalançı vəsvəsə aldadır məni
Yoxsa tənha gecələrlə ömrümü bölməyə razı qalım?
Tənha gecələrdi əlimdən tutan, mən yalan sanıram
Qəlbimin dostu, sənin uzaqlıq əhdin
Min illərin xurafatı kimi danışdıqca uzayar.
Bilirəm, əllərin soyuq, qəlbin isə isti.