Əfsanə

Əfsanə
@Legend77
Kitabsız ev,ruhsuz bədənə bənzəyir.
Özünüzü əqli köləlikdən qurtarın. Özünüzdən başqa heç kəs şüurunuzu azad edə bilməz.
Sayfa 421·Kitabı okudu
Əvvəlcə nəyə qadir olduğunu öyrən, sonra kim olduğuna qərar ver.
Sayfa 379·Kitabı okudu
Həyatım mənə başqaları tərəfdən nağıl edilirdi.Səsləri güclü və təsirli idi.Öz səsimin də onlarınkı qədər güclü ola biləcəyi heç vaxt ağlıma gəlməmişdi...
Sayfa 327·Kitabı okudu
Məndə bu məsələyə qarşı həssaslıq yarandı, qardaşım, atam, özüm barədə düşündüm, başqaları tərəfindən bizə sunulan ənənələr üzündən necə insanlara çevrildiyimizi dərk etdim. Bu ənənələrin təsiri ilə biz qeyri-ixtiyari nadan olurduq. Dərk etməyə başladım ki, yeganə qayəsi başqalarını in-san deyilmiş kimi göstərmək, canavara çevirmək olan ideologiyanın təsiri altındayıq. Bu ideologiyaya sadiq qalmaq asan idi, çünki başqalarını özünə tabe etmək hər zaman adamı irəliyə aparan bir şey kimi görünürdü.
Məncə, yanımda oturan atam idi. Bəlkə də, sadəcə, məhz onun yanım-da oturmasını arzulayırdım. Çünki onun müdafiəçim, əfsanəvi qəhrəmanım olmasını arzulayırdım. Bu qəhrəman məni qasırğanın ağuşuna atmazdı, yaralarımı sağaltmaqdan ötrü əlindən gələni edərdi...