Ədəbiyyat yaxşı şeydir, Varenka, çox yaxşı şeydir.Bunu srağagün bilmişəm. Dərin bir şeydir! İnsanların ürəyinə toxtaqlıq verir, başına ağıl qoyur - kitabda belə şeylərdən çox yazılıb. Çox gözəl yazılıb! Ədəbiyyat - tablo deməkdir, yəni müəyyən mənada həm tablo, həm də güzgüdür; hisslərin ifadəsi, yüngül tənqid, ədəb-ərkan məsələləri, sənəddir.Bütün bunlar orada öz əksini tapır.