Livda

10/10
·70 syf.··
Beğendi
·
2025 17. kitabı
Hərkəsə salamm♡ İlk öncə kitabda nədən söz getdiyini açıqlamaq istəyirəm. Bu kitabda varlı bir kişi ilə evli olan qadının xoşbəxt və sakit heyatınsan sıxılıb gənc bir musiqiçi ilə gizli səvgi yaşamağından bəhs edir. Daha sonra bu gizli sevgini bir şantajçı bilir. Elə hekayədə burada başlayır.Bu şantajçı qadına hədə gəlir. Qadın isə keçirdiyi qorxu hiss ilə qorxunc bir uçuruma sürüklənir. İndi isə rəy zamanıdı. Birinci demək istədiyim odur ki kitab çox axıcıdır. Kitabı oxuyarkən insan hekayənin içində itir. Yazıçı bu kitabında qorxu hissi ilə insanların həyatlarını dəyərini,ətrafındakı insanların qiymətini və qorxu hiss ilə necə səhvlər buraxacağından çox gözəl yazıb. Qısacası bu kitab mənim çox xoşuma gəldii və hər bir oxucuya oxumağı tövsiyə edirəm. Başqa kitablarda görüşmək üzrəə.
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022124,8bin okunma
Reklam
10/10
·177 syf.··
Beğendi
·
2025 15. kitabı
·
15 günde okudu
·
Okunma: 28 Mart 2025 22:39
"Yoxsul İnsanlar" Dostoyevskinin yazdığı ilk romanıdır. O həm Balzakın sosial quruluşun tənqidi ilə səciyyələnən "Yevgeniya Qrande" romanını çevirdikdən,həm də Peterburqda yoxsul insanların həyatını müşahidə etdikdən sonra belə bir əsər yazmaq qərarına gəlir. Ümumiyyətlə, Dostoyevski öz əsərlərində XIX əsr rus cəmiyyətində yaşayan insanı və onun ictimai vəziyyətini araşdırır. Bu romanda yazıçı zavallı, fağır insanların taleyini və daxili dünyasını son dərəcədə dəqiq ifadə edir. İndi isə öz fikirlərim haqqında yazmaq istəyirəm. Bu mənim rus klassikindən və Dostoyevskidən ilk dəfə oxuduğum kitabdır. Kitab bir yaşlı kişi və gənc qız arasında yazdıqları məktublardan ibarətdir. Kitabın sujet xətti mənim xoşuma gəldi və kitab sıxıcı deyildi. Həyatda yoxsul təbəqədə olan insanların çəkdikləri əziyyəti oxucuya yaxşı şəkildə əks etdirilir. İnsan bir anlıq özünü o dövürdə o insanların arasında yaşayırmış kimi hiss edir. Bu kitabı mənim fikirimcə hərkəs mütləq həyatında bir dəfə oxumalıdır.
Yoxsul İnsanlarFyodor Dostoyevski · Parlaq İmzalar · 202376,7bin okunma
8/10
·351 syf.··
Beğendi
·
2025 14. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Mart 2025 20:09
Bu kitabda qadının hər şəyə qadir ola bilməsindən , ana rolu kimi qadının ailədə mühim olduğunu göstərir.Kitabda qəhrəmanın nələr hiss etmək olur.Elə vaxt olur ki,biz kitabı oxuyub bitirmişik amma hələ qəhrəmanı anlaya bilmirik. Bu kitabda isə hər şey tam fərqli idi.Yeri gəldi ağladım,yeri gəldi sevindim və güldüm.Lakin hər nə qədər sevsəmdə xoşuma gəlmədiyi nüanslarda oldu .Məsəl üçün Həmidin hərəkətləri, Məsuməyə və uşaqlarına qarşı olan diqqətsizliyi.Daha sonra axırda Pərvanənin gəlib Məsumə ilə Səidi görüşdürdüyü anda uşaqların anasına qarşı rəftarlarını sevədim."Mənim Payım" haqqında çox şey demək olar amma mənim fikrim bu qədər idi.
1000k
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,398 okunma
Mənim bu kitaba qarşı böyük marağım var idi,amma kitabı oxumağa başlayandan sonra bütün marağım türklər demişkən "kursağımda kaldı".Mən kitaba başlayarkən hadisələrin gedişatının çox uzadılmasına görə narazı idim.Elə bu səbəbdən ötrü kitaba qarşı həvəsim söndü,amma kitabı yarımçıq qoymadım.Kitabı oxumağa davam edərkən baş qəhrəmanın etdiyi hərəkətlər və yaxud insan üzərində siçanmış kimi aparılan eksperiment məni daha da kitabdan uzaqlaşdırırdı.Kitabı axıra kimi oxumağ çox istədim,amma bacara bilmədim.Bəlkə,mən kitabı doğru zamanda oxumamışam.Bəlkə də,kitabı ikinci dəfə oxusam məndə bu düşüncələr və duyğular yaranmayacaq.
Duygu ve Düşünce
EksperimentElhan Elatlı · Teas Press Publishing · 2018408 okunma