Lemmy

Baş verənləri dərk edən insan indi harada olduğunu və saat neçə olduğunu hiss etdiyini bilir. O bilir ki, onun ölümündən sonra da ağaclar əvvəlki kimi boy atacaq, lakin o bunu artıq görməyəcək. Buna görə də indi onları bacardığı qədər aydın görmək istəyir.
Reklam
Sağlam məntiq bu cür səmimi hisslərin düzgün anlaşılmayacağını deyir. Uşaq Eqo-halı isə səmimi hisslərdən qorxur, çünki onlar əsl motivləri açıb ifşa edir.
Xoşbəxtlikdən, insan həyatının ən yüksək forması olan həqiqi yaxın ünsiyyətin faydaları o qədər böyükdür ki, hətta psixi tarazlığı kövrək olan şəxslər də bu cür yaxın münasibətlər qura biləcəyi bir insana rast gəldikdə çəkinmədən və təəssüf etmədən oyunlardan imtina edə bilirlər.

Reader Follow Recommendations

See All
Beləliklə, çarəsizlik - Böyüyün sferasına aiddir, depressiya isə - Uşağın hökmü altındadır.
"Bu sizin Valideyninizdir" dedikdə bunu nəzərdə tuturuq: Sizin indiki halınız bir vaxtlar valideynlərinizdən birinin olduğu halla eynidir və siz də onun kimi, yəni eyni duruşla, eyni jestlərlə, eyni sözlərlə, eyni hisslərlə və s. reaksiya verirsiniz. "Bu sizin Böyüyünüzdür" isə bu deməkdir: Siz situasiyaya müstəqil obyektiv qiymət verdiniz və yanlış fikrə düşmədən öz rəyinizi bildirir, yaxud problemin həll yollarını təklif edirsiniz. "Bu sizin Uşağınızdır" isə bu mənaya gəlir: Siz uşaqlıq vaxtınızdakı kimi reaksiya verirsiniz, yəni reaksiyanızın indiki məqsədi o dövrdəki məqsədinizlə eynidir.
Reklam
Reklam
492 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.