📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Oh gənclik! Gənclik! Sənin ki, heç nə vecinə deyil. Elə bil kainatın bütün xəzinələri sənindir, kədər belə səni sakitləşdirir, qüssə belə üzünə yaraşır, özündən razısan, qabasan və deyirsən: baxın, mən tək də yaşayıram! Günlərin isə izsiz, hesabsız uçur, daxilində nə varsa, günəşin altına qoyulmuş mum kimi, qar kimi əriyir... Bəlkə də, sənin gözəlliyinin bütün sirri hər şeyi edə bilməkdə yox, hər şeyi edə biləcəyini düşünməkdədir?! Bəlkə də, sənin gözəlliyin onsuz da başqa heç nəyə sərf edə bilməyəcəyin gücünü havaya sovurmağındadır?! Gözəlliyin ondadır ki, hər birimiz özümüzü israfçı hesab edirik, hər birimiz bu sözləri deməyə haqqımız olduğunu düşünürük: "Əgər vaxtımı boş yerə sərf etməsəydim, nələr edərdim!"
- Sən heç bilirsən insana azadlıq verən nədir?
- Nə?
- İradə. Öz şəxsi iradəsi. İradə insana azadlıqdan da vacib olan hakimiyyəti də verə bilər. İstəməyi bacar, onda həm azad olarsan, həm də hökm edərsən.