dünyada nə qədər dərd əhli varsa,
vallah məndən artığ yarası yoxdur.
o qədər ah çəkib ağlamışam ki,
daha gözlərimin qarası yoxdur.
tekeri göylərə qalxır namərdin,
işleri müşqüldür her yerde mərdin,
loqman’ı olmayan bələ bir dərdin,
arsızlıxtan başka çarəsi yoxdur.
çox görmüşəm bu dövranın kələyin,
çırpdıp da üzümə acı küləyin,
ezeldən bilirəm zalım fələyin,
biçarə bəhmən’lə arası yoxdur.
bəhmən vətənoğlu