Mənim üçün anlamaq, izah etməkdən daha asandır. Təsəvvür edin ki, siz iki dəfə ikinin dörd olduğunu sübut etməlisiniz, çətindir, elə deyilmi, hərçənd cavabın düzgünlüyünə tam əminsiniz.
O dedi,- mənə elə gəlir ki, insan beyni kiçik və boş çardağa oxşayır, istədiyin kimi oranı qura bilərsən. Axmaq, əlinə düşən hər tör-töküntünü ora doldurduğundan, yararlı, vacib əşyalara yer qalmaz, ən yaxşı halda isə bu qədər zir-zibilin içindən onu axtarıb tapa bilməz.
Holms elm xəstəsidir- bu da onun ürəyini daşa döndərib. Asanlıqla təsəvvür edə bilirəm, o, yeni ixtira edilmiş hansısa bitki alkaloidindən bir az çəkib iynəylə dostuna vurar, əlbəttə bunu qəzəbindən deyil, sadəcə maraqdan eləyər ki, zəhərin təsiri haqqında əyani təsəvvürü olsun.