Nergiz.Mammadli

Nergiz.Mammadli
@Mammadli98
Bakü
28 Eylül 1998
36 okur puanı
Kasım 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Bu dünyada tək xoşbəxtlik özün olmaqdır.Heç kim özü olmadığına görə hər kəs maskaların, göstərişlərin, və riyakarlıqların altında gizlənməyə çalışır.Olduqları şeydən utanırlar. Dünyanı hər kəsin öz gülünü ora gətirəcəyi bir bağa deyil, bazara çevirdik. Həmişəbahar çiçəklərini gül açmağa məcbur edirik - o haradan gül gətirsin axı ? O güllər plastik olacaq, həmişəbahar çiçəkləri qəlbinin dərinliklərində ağlayacaq və " çoxluğa qarşı gələ biləcək qədər cəsur ola bilmədik. Bizi plastik gül olmağa məcbur etdilər. Bizim özümüzə aid əsl çiçəklərimiz var - amma onları göstərə bilmərik " deyə utanacaqlar.
Ölüm gəldikdə o da həyatdan fərqli bir şey olaraq görünməz.O həyatın bir hissəsidir, sonu deyil.Digər hadisələr kimidir: Sən uşaq idin və uşaqlıq birdən yoxa çıxdı, gənc adam oldun sonra gənclik yox oldu və sən qoca birisi oldun, daha sonra qoca adam yoxa çıxdı- görün nə qədər şey baş verdi ! Niyə ölümün də digər hadisələr kimi baş verməsinə imkan vermirsən ?
•Həyat haradasa səni gözləmir,o daxilində baş verir.Gələcəkdə çatacağın bir şey deyil, o indi, burada, bu dəqiqədədir-nəfəs alış-verişində, qanında dövr edir, ürəyində döyünür.
•Sən ağacı yox etmək istəyirsən? Bir yarpağı kəsərsən üç yarpaq çıxar; bu ağacın sənə cavabıdır.Bir budağı kəs: onun əvəzinə üç budaq çıxacaq.Ağacı asanlıqla məğlub edə bilməzsən.O, həyatda qalmalıdır.Və sən yarpaqları, budaqları kəsməyə davam edərsən,ancaq heç nə olmaz.Daxilinin dərinliklərində eyni qalarsan,çünki köklər sağlamdır.
"Bir şair bir şarkı yaptığında bunu sevdiği için yapar.Tanrı seni resim olarak yaptı,şarkı olarak söyledi,dansını etti. Tanrı seni seviyor! Eğer Tanrı kelimesinde bir anlam göremiyorsan, ona varoluş de, bütünlük de.Varoluş seni seviyor,yoksa sen burada olmazdın.Kendi varlığında rahat ol, bütünlük seni seviyor.İşte bu yüzden o senin içinde nefes almaya, senin içinde nabız gibi atmaya devam eder.Varoluşun sana karşı duyduğu bu muazzam saygı, sevgi ve güveni bir kere içinde hiss etmeye başladığında kendi varlığına kök salmaya başlarsın."