Fəxrəddin, vəsiyyət edəcəyəm qəbrimizi bir etsinlər... Heyf sənə, Fəxrəddin, bu vəhşi nadanlar sənin qədrini-qiymətini bilmədilər... İndiyə kimi həya qoymayıb əlindən öpüm, amma indi üzündən öpəcəyəm, ayrılıqdır, Fəxrəddin!
Müqəssirik ki, camaat qudurmuş heyvan kimi bir-birini qapır və nədən ötrü? Bir qarış yerdən ötrü, yanımdan keçdin, mənə salam vermədin – ondan ötrü... Bunlar hamısı vəhşilikdən və nadanlıqdan və həmçinin xainlik, göz götürməməklik...
Çalışın heç vaxt, heç nəyə görə özünüzdən keçməyin. Dünya fanidir, heç nə Allahın sizə əmanət etdiyi candan vacib deyil. Heç vaxt, heç kəsə 100 faiz güvənməyin. O sizə nə qədər doğma, əziz görünsə belə.