Bilirsən, Sara, aciz o adamdır ki, onu sevən olmaya, ondan da acizi o kəsdir ki, onu sevən biri ola və.... onu da itirə. Sara, mən səni itirmək istəmirəm
Bəzən müxtəlif zamanlarda baş verən hadisələr arasında rabitə o qədər dərin və incə olur ki, onu dərk edə bilmirik. Həyatı içindən seyr etdiyimizə görə baş verənlər bizim üçün mənasız, səbəbsiz və əlaqəsiz təsadüf kimi görünür. Həyata kənardan, yüksəkdən baxa bilsək, yaradılışa hakim olan mükəmməl ahəngi, nizamı və mənanı görərik