Etdiyim dualarda özümlə mübarizə aparır, Tanrıyla qarşılaşmaq üçün zehnimi zorlayırdım, amma o, özünü sadəcə hər bir qaydaya riayət etməyimə göz qulaq olan ciddi nəzarətçi kimi aparır, yaxud da ümid verib, qəflətən yoxa çıxırdı. Müqəddəslərin həyatındakı vəcd barədə oxuduqca özümü daha çox məğlub hiss edirdim.