"Mən bir də dönüb baxıram. Bura kraterə oxşayır: nəsə baş vermiş bir dəliyə... Sonra biz qapıdan çıxırıq." (səh. 447)
Onlar təcavüzün qurbanı idilər.
Əhvalat 5 yaşlı Cek tərəfindən nəql olunur. O, gözünü kiçik bir otaqda açmış, bütün dünyanı, həyatı bu otaqdan ibarət bilmiş, otaqdan kənarda yalnız açıq kosmosu təsəvvür etmişdir. Kitabın əvvəlki səhifələrində o, anası ilə oynadığı oyunları, birlikdə oxuduqları mahnıları, otaqdakı əşyaları və s. təsvir edir. Anası bütün bu vaxtı otaqdan qaçış haqqında düşünür və Ceklə etdiyi söhbətlərdə bundan bəhs edir. Sonunda "Möhtəşəm qaçış" reallaşır. Xeyir şərə qalib gəlir.
Məni təəccübləndirən hissə odur ki, Cek bu ana obrazının ilk övladı deyil. Hətta 3-cüdür. Qadın hələ kollecdə oxuyan vaxtı (hələ qaçırılıb "otağ"a salınmazdan da qabaq) ilk övladını abort etdiribmiş. İkinci övladı otaqda dünyaya ölü gəlibmiş. Üçüncü övlad da Cekdir.
Kitabın dili çox axıcıdır, səhifələri tez-tez çevirirsən. Xoş mütaliələr :)