- Hörmətli dostum, buna inanmayın! – deyə pıçıldadı.
-Onların sözünə inanmayın! Yalan danışırlar! Mənim xəstəliyim yalnız bundan ibarətdir ki, iyirmi il ərzində bu şəhərdə yalnız bircə ağıllı adam tapmışam, ancaq
o da dəlidir. Məndə heç bir xəstəlik yoxdur, ancaq mən çıxış yolu olmayan bir tilsimə düşmüşəm. Fərqi yoxdur, mən hər bir şeyə hazıram.
Andrey Yefimıç dedi:
- İlıq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir.
- Necə yəni?
- Adi bir adam yaxşı və ya pis bir şeyi xaricdən, yəni fayton və kabinetdən gözləyir, zəkalı bir adam isə bunu özündə görür.