Nigar Yazar

İnsan özləmi özlərmi heç? Əgər həyatımda olsaydın ruhum sənin ritminlə ən gənc çiçəklər kimi olardı. Fidanlanardı dallarım , üstündə quşlar nəğmə çalardı - çaldığı nəğmə sən və mənim ruhumu əsir alardı. Amma yox olsaydın ruhum da büs bütün gecə hökümranlıq edərdi. Ən sərin yeller bədənimə qiyafə olardı , əllərim əllərin olmadan sıcaqlığa ögeydir. Amma mən razı idim ruhumu donduran soyuqluğa da.Çünki ən dözülməzi olmuşdu mənim qismətim . Nə sənlə idi həyatım , nə də sənsiz. Varlığın mənə yaxınkən , yoxluğunla sınayırdın məni. Gündən günə qocalan insan deyildim mən , bir anda gənclikdən ahıla çevrilmişdi bədənim . İlk səhvəlrində deyildi ömür kitabım , yırtılmışdı vərəqləri sənsizliyə isyan olaraq. Rəvamı mənə bu ay parçam ya get məndən öldür məni ya əsir ol mənə yaşat məni . Amma hərəkətsiz etmə ruhumu , bədənimi. Vəfasız olma bu qədər sevən qəlbimə.
Reklam
İkinci perde Bir - bir aralanirdi pərdələr, üzlər görünürdü.Simalar fərqli idi , məsumlar şeytan , şeytanlar mələk , mələklər insan. Hər kəsin ikinci bir donu vardı. Pərdənin ilk tərəfini görmək olduqca çətin görünsədə əslində biz onu azar -azar duyuruq bizi onlara yaxınlaşdıran və uzaqlaşdıran bu ikinci tərəfdir. İkinci pərdə isə hamı üçündür.
İnsan nədən qaranlıqda , tək olanda , yada kədərli olanda mahnıya qulaq asar? Gecələr sanki ofsunludur , ən gözəl nəğmələr onun ağuşunda yazılar və bu yazıları ən yaxşı elə ay işığında oxumaq olar . Təkliyə gəldikdə insanın özündə anlam tapdığı vaxtlar təklikdə olandadır . Anlama gedən ən qısa yol isə musiqidədir. Və kədər əgər kədər duyğusu qəlbini büsbütün bürüyübsə bu o deməkdir ki nə vaxtınsa xoşbəxt anlarını itirmisən və orda bir yara açmısan . Məlhəmə ehtiyac duyduğumuzda isə musiqiyə qucaq açarıq.

Okur Takip Önerileri

Tümünü Gör
Başqa vaxtlar çox uzaq olur saniyeler de saatlara ve saatlarda günlere bərabər olur. Əyər danışmaq uzaqlıq vəd edirsə mən susmağa tapmağa and içirəm .
Ölümün bədəni olsaydı
Ölüm bir insan olsaydı... Bitkinlik görürəm üzündə yox olmuşluğun cizgiləri amma yox etmeyin yox. Axı ölüm heç nəyi yox etmir , yoxluğu doğuran insandı. İnsanın varlığı yoxluqdu .... Ölüm bir insan olsa idi gözləri mavinin bir tonu olardı. Çünki onun her tonu bir ümidi göstərir amma ölümdə olan bu ton ümidsizliyə işarədir . Əslində ümidsizlik ən gözəl ümiddir çünki insan ən aydını ən qaranlıqda tapır.. Ölümün dodaqları olmazdı eşitmək üçün qulağada ehtiyac duymazdı. Çünki o bilirki əsil bilinənlər və duyulanlar ruhdadır və ona məkan qəlbdir. O anlamaq üçün beyindən imtina edərdi çünki orda dərk edilen əsil heqiqetlerin yaninda anlamsızdır. O heç anlamda aramır axı anlam ondan kənar deyil. Ölümün səsi olsaydı belə yene danişmazdı çünki insanların həqiqətləri duymaq istəmədiyini yaxşı bilirdi amma o demek üçün susardı çünki ən gözel ve en acı səslər səsizliyin səsidir... Ölümün bədəni olsaydı o bir an olardı varlığı yoxluğuna həps olunmuş bir an...
Reklam
Geri114
224 öğeden 211 ile 224 arasındakiler gösteriliyor.