4 min ildən artıqdır Afrikada qadın sünnəti ənənəsi yaşayır. Bəziləri hesab edirlər ki , bunu Quran tələb edir. Lakin bu, doğru deyil, nə Quran , nə də İncil Allaha xoş getsin deyə qadınları kəsməyi buyurmur. Bu, sadəcə olaraq, cahil və xudbin kişilərin istəyi ilə önə çəkilir və tələb edilir. Bunu etməklə kişilər qadınların cinsi istəklərinə sahibliyi öz əllərinə aldıqlarına əmin olurlar.
Fikirləşməyə başlasan ki , “ Görəsən ,keçdim? Görəsən, keçəcəyəm ? Niyə keçmədim ki ?” əsəblərini tamamilə korlaya bilərsən. Bu fikirlərin səni yormasına imkan versən , tezliklə əsəb xəstəsi ola bilərsən. Nəticə etibarilə anlamaq lazımdır ki , seçim prosesi çox vaxt məyusedici olur . Karyeramın ilk pillələrində mən narahat olurdum ki , niyə seçilmədim? Lənət olsun, axı mən bu işi çox istəyirdim ! Lakin sonra bu biznesdə olmaq üçün bir devizlə yaşamağı öyrəndim: C’est la vie ! ( həyat budur !) Nə edə bilərəm, sadəcə alınmadı . Onlar səni bəyənmədilər , bu qədər sadə . Bu sənin günahın deyil.
Fikir eləmə, ay qız!
Naomi Kempbel gülərək dedi :
- Varis , bilirsən, bir gün gələcək, sən çox məşhur olacaqsan , onda məni unutma, yaxşı?
Əlbəttə bunun əksi baş verdi və indi o daha məhşurdur .