Birlikdə ev-ev gəzirdik. Bu ərimin gələcəyə inandığının , yaşama arzusunu hələ qoruduğununun sübutuydu, ona görə də məni sakitləşdirirdi. Qırx ilə yaxın İranın taleyinə hökm eləyən insanın indi birdən-birə mətbəxləri dolaşıb, dolablara baxması qəlbimi ağlagəlməz şəkildə ağrıdırdı. Bundan başqa onu gözlədəndə , qəti qəzəblənmədən, həmişəki kimi , soyuqqanlı , dimdik durur, bu vəziyyət də məni üzüntüdən xəstə eləyirdi.