Düşüncələrimi yazıya tökmüsən. İncələməmdə bunu ətraflı yazacaqdım, amma klaviatura yaxşı işləmirdi deyə qısa kəsdim.
Orhan Pamuk hər hadisəyə elə məsumluq çaları qatır ki. İnan, oxucunun empatiya hissindən sui-istifadə ilə "Bir pedofilinin gözünden hayat" əsəri yazsa, baş obrazın hərəkətləri mühakiməyə açıq olmaz. Hər hadisəyə yaşayanın psixoloji, nəfsi istəyi ilə baxdıqda, baş verənlərin digər insanlara təsiri gözdən qaçır. Həyat oxucunun nəzərində baş obraz mərkəzli olur.
Qısası, yersiz empatiya doğru və yanlışı ortadan qaldırır.