Nəzrin Hüseyinova

Nəzrin Hüseyinova
@Nezrin_hsynva
Azərbaycan dili Ədəbiyyat
Ah, bu insanlar! Hamı daldalanacaq axtarır. Etibarlı liman, belini söykəyəcəyi divar... Bəziləri üçün həmin daldalanacaq var-dövlət, bəziləri üçün xarici gözəllikdir. Amma bunların hamısı fanidir. İnsanlar, sadəcə, Ona sığınsalar, sadəcə, Ondan dəstək istəsələr, heç zaman kürəkləri yerə gəlməyəcək. Unudurlar....
Sayfa 160·Kitabı okudu
Reklam
Xoşbəxtəmmi? Cavabın "yox"dur? Çünki həyatı sevməyin üçün vacib olan şeylər kölgədə qalıb. Çünki bizə bədbəxtliyi öyrədiblər. Biz öyrədilmiş bədbəxtlərik.
Bir insanın təkəbbürünün dərəcəsi elmi ilə tərs mütənasibdir. Elmi də ağlı qədərdir. Ağlı isə qəlbi qədər..
Halbuki təkəbbür insanın ən böyük qüsurudur.
Səhvsiz insanlarla ünsiyyət qurmaq istəsək, sizcə, həyatımızda neçə insan qalar? Buna görə də insanları çatışmazlıqları ilə birlikdə sevmək lazımdır. Yaxşı həyat üçün düzgün insan tapmaq kifayət etmir, sən də düzgün insan olmağa çalışmalısan.
Sayfa 69·Kitabı okudu
Reklam