Narmin Mammadova

10/10
·160 syf.··
Beğendi
·
2026 12. kitabı
Shekspirin möhtəşəm tragedyası… kitab o qədər içinə çəkir ki adamı bir oturuşda bitirməyə məcbur edir sanki… Cəsur və dürüst Othellonun hər kəsi özü kimi sanması elə onun ən böyük daxili zəifliyinə çevrilir əsərdə. Desdamonanın saf eşqi, Othellonun qəzəbi və İagonun fitnəsi kitabı zirvəyə çıxarır. Obrazların hər biri o qədər realdır ki, böyük həzz aldım oxumaqdan. Eynilə həyatdakı kimi biri oyunu qurdu, biri istifadə olundu və sonda qurban ən günahsız oldu. Əzəldən olduğu kimi…
Duygu ve Düşünce
OthelloWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202426,7bin okunma
9/10
·398 syf.··
2026 11. kitabı
·
16 günde okudu
·
Okunma: 09 Mayıs 2026 23:30
Kitabı ilk səfər oxuduqda o qədərdə təsirli gəlməmişdi və 40’cı səhifələrdə artıq yarım buraxıb insanların mənasız yerə şişirtdiklərini düşünmüşdüm. Üstündən 4 il keçdi və yenə oxumaq qərarına gəldim. İlk növbədi bunu əlavə etməliyəm ki bu kitabı anlamaq üçün müəyyən dərəcədə siyasi fikir formalaşmalıdır. İndi keçək kitab haqqındakı düşüncələrimə. Kitab sanki gerçəkləri bütün çılpaqlığı ilə insanın üzünə vurur. Əvvəlcə fikir vermədiyim, üstündə çox durmadığım və “əslində həqiqətəndə belədir” deyə düşündüğüm çox fikirlə qarşılaşdım. Uinstonun daxili müharibəsini oxumaq xüsusi bir zövq verdi. Kitabın sujet xəttinin heç gözləmədiyim kimi nəticələndiyinidə əlavə etməliyəm. Oruelin heyrətamiz qələmi və aydın fikirləri məni həqiqətəndə valeh etdi
1984George Orwell · Parlaq İmzalar · 2022199,9bin okunma
8/10
·160 syf.··
Beğendi
·
2026 9. kitabı
·
7 günde okudu
·
Okunma: 25 Mart 2026 19:58
Çöküş çox sarsıdıcı bir kitab idi… Klemensin özünün günahkar olduğunu bilməsi və hamını günahkar adlandırması, sanki öz günahını yaymağa çalışmasını görürük kitabda. Klemens cürbəcür maskaları olan biridir. Riyakar adlandıra biləcəyimiz biri, bəlkədə gündəlik həyatda sevməyəcəyimiz ya da qınayacağımız biri. Bütün səhvlərinin fərqindədir və o dəyişməməmə azadlığını seçir. Bu azadlığın altında əzilir. Maskalarını atır və yenilərinin arxasında gizlənir. Sondada “xoşbəxtlik” maskasını seçir…
Duygu ve Düşünce
ÇöküşAlbert Camus · Qanun Nəşriyyatı · 201919,2bin okunma
7/10
·72 syf.··
2026 8. kitabı
Çox maraqlı idi. Hadisə 2013’də keçir. 1900-cü illərin əvvəllərində yaşamasına baxmayaraq Jack Londonun bizim dünyamız və dövrümüz haqqında bu qədər doğru təxminlər etməyi məni heyrətləndirdi. Kitab məndə bu düşüncəyi yaratdı: Grenserin yyerinə olsam mən nə edərdim? Sanki cəmiyyətin çöküşünü onunla birlikdə yaşadım. Çox gözəl, çox maraqlı və fərqli hisslər doğuran bir kitab idi. Mütləq oxuyun
Kızıl VebaJack London · Türkiye İş Bankası kültür Yayınları · 202447,6bin okunma
7/10
·428 syf.··
2026 6. kitabı
·
16 günde okudu
·
Okunma: 26 Şubat 2026 12:26
Çox maraqlı kitabdır. Bezmədən uzun müddət oxumaq olur. Yanın bütün hisslərini yazıçı ustalıqla sizədə hiss etdirir. Keçmişdə olan hadisələr, cavabı bilinməyən suallarla dolu, qorxulu, psixolojik və dedktiv bir kitabdır
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 06,8bin okunma