Nurlan Ganbarli

Nurlan Ganbarli
@Nurlan94
Mənim nağılımı təsvir edib illər öncə Exupery
Software developer
Azərbaycan
8 Eylül 1994
26 okur puanı
Haziran 2020 tarihinde katıldı
Nifrətim bütün mənliyimi sarıb məni günü-gündən laqeyd bir adama çevirirdi. Ruhuma səpilmiş laqeydlik toxumuna görə narahat deyildim, bircə ona üzülürdüm ki, içimdəki kin də mənimlə birgə buz bağlayır. Və bu buz elə şəffaf idi ki, hər şeyi apaydın görürdüm.
Sayfa 28·Kitabı okudu
İnsan ve Duygular
VüsaIe Quluzadeh isimli okura yanıt verildi
Nurlan Ganbarli
İspan dilindən tərcümə olunduğu üçün onu bilmirəm amma, o sözün bizim dildə olmadığını nəzərdə tutursunuzsa, məncə apaydın sözü var Azərbaycan dilində )
7/10
·68 syf.··
2022 13. kitabı
·
21 saatte okudu
·
Okunma: 28 Şubat 2022 15:13
Çexovun düşünən insanın mənəvi cəhətdən tənhalığını tam şəkildə əks etdirən bu novellasında dərin fəlsəfi düşüncələri olan bir həkimin “Altıncı koğuş”-a necə düşməsinin hekayəsini oxuyuruq.Yazar burada müxtəlif hisslər və onların yarada biləcəyi nəticələrə,cəmiyyət və onun müxtəlif problemlərinə toxunur.Fərdin qorxu,peşmanlıq,tənhalıq kimi duyğularının ustalıqla təsvir olunduğu bu hekayədə təqibolma maniyasından əziyyət çəkən İvan Dmitriç və həkim Andrey Yefimıç arasındakı fəlsəfi və düşündürücü münaqişə əsas yeri tutur.Həkimin öz məsuliyyətlərini doğru şəkildə yerinə yetirməməsi və bunun onda və cəmiyyətdə yaratdığı təsirlər,dəlixanadakıların bəzən cəmiyyətdəki ziyalılardan daha ağıllı ola bilməsi,anlaşılmamağın insanı hansı yerlərə gətirə biləcəyi və sondakı peşmanlığın çox vaxt fayda verməməsi kimi mövzular üzərində də maraqlı fikirlər verilir.Çexov bu əsəri ilə həmin dönəm Rusiyada ölkənin problemlərinə kənardan baxan,həll yolları axtarmayan ziyalıları,nüfuzlu şəxsləri tənqid edir. Həkim Andrey Yefimıç'in tənhalığını “Kış uykusu” filmində Haluk Bilginerin canlandırdığı Aydın xarakterinin tənhalığına çox bənzətdim.Sonradan oxuduğuma görə, filmin rejissoru Nuri Bilge Ceylan filmlərində Çexovun əsərlərindən təsirlənibmiş.Yəni bənzətməm boşuna deyilmiş : ) Öyrədici cəhətdən 10/10-luq əsər olsa da,ədəbi cəhətdən tam doyum yaşadım deyə bilmərəm.Bir şeylər yarım qalmış kimi,kitab çox tez bitmiş kimi bir hiss qaldı içimdə..
Edebiyat
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,1bin okunma
Nurlan Ganbarli
Dərin düşündükcə tənhalaşan və düşünən birinin bu sivilizasiyada dəli sayılması. Əslində elə insan hər şeyin dərinliyinə varıb anladıqca dəli olur. Ən ağıllılarımız ən dəlilərimizdir bəlkə də ) Andrey Yefimiç çatılması çətin olan zirvədir )