Nzrynnn

Nzrynnn
Səadətində bir qiyməti var,onu ödəmək lazımdır..
Economy
28 Haziran 2006
72 okur puanı
Şubat 2025 tarihinde katıldı
@Nzrynnn·
·
sabitlendi
8/10
·208 syf.··
2025 42. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Nisan 2025 21:49
Çox az hallarda kitab incələməsi paylaşıram,bu mövzuda o qədər də yaxşı deyiləm.Ancaq bu kitabı paylaşmasam olmazdı.Əslində onu deyim ki, başlamadan əvvəl tərəddüdlərim vardı bəyənməmək mövzusunda.Lakin kitab gözləntilərimin qat-qat üzərində oldu.Çox axıcı,olduqca maraqlı,təsirli bir kitabdır.Yazarın ilk kitabı olmasına rəğmən uğurlu bir nəticə əldə etdiyini düşünürəm.Yaradıcılığınızda müvəffəqiyyətlər arzu edirəm.
Nəimi
Nəimi
Kitablarınız davamlı və bol oxuculu olsun
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma

Nzrynnn

, bir kitap okudu
10/10
·216 syf.··
25 günde okudu
·
2026 8. kitabı
Kyung-sook Shin
8.5/10 · 357 okunma
10/10
·216 syf.··
2026 8. kitabı
·
25 günde okudu
·
Okunma: 08 Haziran 2026 20:13
Kitab mı bitdi,yoxsa mən mi bitdim bu,hələ də müəmmalıdır. Göz yaşlarımın,“kaş ki”lərimin və bəzən də peşmanlıqlarımın müşayiəti ilə oxudum bu kitabı.Ailənin ananı axtarması,onun yoxluğunu hiss etdikcə keçirdikləri peşmanlıq və xatirələr əsərin əsas xəttini təşkil edir.Onlar ananı itirəndən sonra onun evdə və həyatda nə qədər böyük rol oynadığını daha yaxşı anlayırlar.Hər hissədə oxucuya ailə bağlarının və ana sevgisinin nə qədər dəyərli olduğu hiss etdirilir. Özümü o hadisənin bir parçası kimi hiss edirdim.Xoşbəxt yaşamaq,rahat yaşamaq arzusu ilə çırpınarkən,mənim üçün çox şeyini fəda edən anamı da xəyallarıma daxil etmişdimmi?Gələcək planlarımda onun rahatlığı üçün nəsə düşünmüşdümmü?—deyə özümü sorğulayıb tükəndim.Kitab o qədər dərin izlər buraxır ki,bitirənə qədər anamın gözlərinə baxıb dəfələrlə şükür edib,gülümsəmişəm.Hər birimizə sevdiklərimizin,sevənlərimizin qədrini vaxtında bildiyimiz bir həyat arzulayıram.♡
Anam Sənə ƏmanətKyung-sook Shin · Yənbu · 2019357 okunma
Hun Çol prokuror ola bilməmişdi.Anası hamıya deyərdi ki,“Prokuror olmaq Hun Çolun arzusudur”,sən demə,bu,anasının da arzusu imiş.Hun Çol fikirləşirdi ki,bu,heç vaxt baş tutmayan uşaqlıq xəyalıdır,amma anasının xəyallarını alt-üst etdiyini heç düşünməmişdi.“Bağışla məni,ana,sözümün üstündə durmadım”.İndi bircə şey istəyirdi;anasını tapıb onun qayğısına qalmaq.Amma ürəyinə dammışdı ki,bu fürsəti çoxdan əldən verib.