Bir kitabın oxunmasına sərf etdiyim iki saatın ömrümün bir çox illərdən daha mənalı, daha əhəmiyyətli olduğunu gördükdən sonra insan həyatının heçliyi haqqında düşünər, qəm-qüssəyə batardım.
Biz dərdimizi kitablara danışa bilərik, onlardan məsləhət almaq mümkündür. Onlar bizi keçmişə qaytara, itirdiklərimizi geri verə və gələcəyimizi qura bilərlər.