Çəki Artımı Proqramı By İsmail Guseynli (Orxan bey)
-----------------------
1ci Gün
✅Səhər Yeməyi: Omlet (3 yumurta + 1 pomidorla qatışdırıb hazırlayın) + 50qr yulaf (mağazalarda gerkules adı ilə satılır ➡️hazırlanması: bir qabın içinə əlavə edin üstünə isti su və ya isti süd əlavə etdikdən sonra ağzını bağlayın 10 dəqiqə qalsın hazır olacaq) . Əlbəttəki yanında 1 st. çay,su olar.
✅Atışdırma: 1 alma + 1 banan
✅Günorta Yeməyi : 100 qr toyuğun budu (qızardılmış halda ) + 150qr makaron + Keşniş+Şüyüd
✅Axşam Yeməyi : 70 qr toyuğun döş əti(qaynadılmış halda) + 150 qr kartof (qızardılmış halda) + Reyhan
✅Yatmazdan Öncə: 1st isti süd+1ç.q bal qarışdırın və yanında 1 əd. Bananla için
Proqram zamanı su və ya çay limiti yoxdur.
p.s ən azı hər gün 7-8 saat yatmalısan bu şərtdir.
----------------------------------------
2ci Gün:
✅Səhər Yeməyi: Yulaf Omleti ( 2 yumurtanin içinə 3 xorək qaşığı gerkules və 30ml süd əlavə edin qarışdırın və bişirin tavada ) . Dediyim kimi çay / su istəyinizə görə.
✅Atışdırma: 1 banan + 5 xurma (iran xurmasl paketdə satılır mağazalarda)
✅Günorta : 100 qr mal əti/və ya toyuğun döş əti+ 150qr düyü + 1 əd.pomidor və reyhan . (əti bişirərkən soğan,tomat,istiot və azca çox az duz olar, biraz su əlavə edə bilərsiz)
✅Axşam: 100qr qarabaşağ -greçka (qaynadılmış ) + 3 x.q qatıq.
✅Yatmazdan Öncə: 1 banan + 5 xurma
-------------------------------------
3 Gün:
✅Səhər Yeməyi: 100qr yulaf (qaynadın) + 50qr kəsmik + 20qr kişmiş
✅Günorta: 150qr kəpənək makaronu + 100qr yaşıl lobya (hər ikisi qaynadılmış olsun).
✅Axşam: Pendirli Püre ( 150 qr kartof püresi qaynadılmış , hazır olandan sonra süzgəcdən 50 qr holland pendiri əlavə edin, olmasa ağ pendirdə olar)
✅Yatmazdan Öncə: 200 ml süd + 100qr cici bebe(isti südün içinə əlavə edin qarışdırın və qəbul edin)
---------------------------------------
4cü gün
✅Səhər Yeməyi: Pendirli Omlet ( 3 yumurtanı qarışdırın sonra üstünə 100 qr holland pendiri süzgəcdən keçirin, hər ikisi qatışdırandan sonra bişirin ) + 2-3 ç.q çia toxumu əlavə edin. 2-3 dilim ağ çörəklə yeyin.
✅Atışdırma: 2 alma + 100 qr yoqurt
✅Günorta Yeməyi: 100qr döş əti qaynadılmış + 150 qr ağ düyü qaynadılmış + 50qr göbələk şampinyon (göbələyi belə hazırlaya bilərsiz ➡️ gözəl yuyursuz sonra üstünə biraz zeytun yağı birazda limon suyu əlavə edin üstünə biraz duz çox az, və ədviyyat əlavə edə bilərsiz, gözəl qarışdırın sonra isə 180dərəcə isidilmiş sobaya 20 dəqiqəlik qoyun və hazırdır).
✅Axşam yeməyi: 100qr ağ düyü + xiyar + pomidor (yoxsa digər tərəvəzlərlə də əvəz oluna bilər).
✅Yatmazdan Öncə: 100 qr yoqurt + 1 banan
------------------------------------
5ci Gün :
✅Səhər Yeməyi: 100qr yulaf + 100 qr kəsmik + 30qr qoz
✅Atışdırma: 1 apelsin
✅Günorta Yeməyi: 100qr Balıq və ya Toyuğun Döş Əti (qızardılmış) + 150qr makaron
✅ 150qr makaron + 3 x.q qatıq + keşniş/şüyüd
✅Yatmazdan Öncə: 200ml isti süd + 1 ç.q bal + 20 qr qoz + 1 banan
-------------------------------------
6cı Gün:
🥛Yeməkdən Öncə Bu Kokteyli Hazırla: Blender və ya Yoxsa Mikserin İçinə Bunları Əlavə Et: 500ml Süd + 100qr Kişmiş + 100qr qovrulmuş fıstıq + 1 banan + 200qr kəsmik + 100qr yulaf + 1 ç.q kakao . Bunları Blenderdə gözəl qarışdırın, sonradan gün ərzində stəkan-stəkan içiləcək.
✅Səhər Yeməyi: Gül Kələm Omleti: 100qr gül kələmi biraz tavada bişirin maksimum 5 dəq + 2 əd. artıq qarışdırılmış yumurtaları əlavə edin, biraz bişsin və hazırdı. Üstünə 2 ç.q çia toxumu əlavə edin. 15 dəqiqə sonra 1 alma yeyin
🥛1 saat sonra 1 st. kokteyli için
✅Atışdırma: 1 st. kokteyli için
✅Günorta Yeməyi: 150 qr ağ düyü + 75 qr bişmiş döş əti + 50 qr göbələk . Yanına Keşniş/ Şüyüd.
🥛1 saat sonra 1 st. kokteyli için
✅Axşam Yeməyi: 150 qr ağ düyü + 70qr lobya qırmızı və ya boz
🥛1 saat sonra 1 st. kokteyli için
✅Yatmazdan Öncə : 1 st. kokteyli için
------------------------------------------
7ci Gün:
Səhər yeməyindən öncə dünənki kokteyldən hazır edin.
✅Səhər Yeməyi: 2 soyutma yumurta + 1 qoğal. 10 dəqiqə sonra 1 alma yeyin
🥛1 saat sonra 1 st. kokteyli için
✅Atışdırma: 1 st. kokteyli için
✅Günorta Yeməyi: 150qr Spagetti + 70qr mal əti / və ya döş əti (qızardılmış). Yanına Tərəvəz Salatı (Pomidor,xıyar,kahı və zeytun yağı üstünə əlavə etmək olar).
🥛1 saat sonra 1 st. kokteyli için
✅Axşam Yeməyi: 150qr qarabaşağ + 3 x.q qatıq + 3 ç.q çia toxumları
🥛1 saat sonra 1 st. kokteyli için
✅Yatmazdan Öncə: 1 st. kokteyli için
-------------------------------------
7 Gün Proqrama Riayət Etdikdən Sonra,Növbəti 7 Gün Yenidən Yenidən Təkrar Edin. Sağlam və Güclü Qalın, Və Unutmayınki Düzgün Qidalanmanıda,İdmanıda Həyat Tərzinizə Çevirin,Hər Şey Mümkündür Əsas İradəli Ol,İstə Və Et ! Sizin İsmail Guseynli 😊👍🏼❤️