Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.
- Sən özünü itirmisən. Sən heç vaxt belə şikayət etməzdin. Sənə yaraşmır. Dayan, döz, öz istədiyini elə!
- Daha istəmirəm. Ona görə yox ki, eləyə bilmirəm. Amma daha heç nəyin dəyəri yoxdur. Uduzmuş, sınmış bir adamam mən. Elə bil otuz ildə heç nə dəyişməyib . Bu qədər əziyyət çəkmişəm, amma heç nə edə bilməmişəm. Həmişə istədim ki, uşaqlarım mənə dəstək olsunlar, məni başa düşsünlər. Amma indi onlar üçün mənim istəyimin, sevincimin, kədərimin heç bir dəyəri yoxdur. Daha ümidim qalmayıb. Onların fikirləri, baxışları Səidə olan təmiz hisslərimi də çirkləndirdi.
Həyat bizim qarşımıza min bir çətinlik çıxartdı. Amma bəlkə indi bunun əvəzini çıxmaq olar. Bəlkə həyat bundan sonra bizə xoş üzünü göstərmək istəyir.
Bir dəfə də özümüzü fikirləşək. Bu həyatda bizimdə payımız var, elə deyil?
Gənc olanda gələcəyi fikirləşirik. Gələn il necə olacaq, beş ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan.
Niyə özündən şübhələnirsən? Olmaya, təzəliklə hisslərin o qədər güclənib ki, qorxursan ağlına qalib gələr?
- Çox qorxuram...
- Çox yaxşı. Elə bu qorxunun özü sənin ağlının və məntiqinin hələ işlədiyini göstərir.