OverthinkQueenSays

OverthinkQueenSays
@OverthinkCtrlC
2 okur puanı
Nisan 2026 tarihinde katıldı
Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı. - Sən özünü itirmisən. Sən heç vaxt belə şikayət etməzdin. Sənə yaraşmır. Dayan, döz, öz istədiyini elə! - Daha istəmirəm. Ona görə yox ki, eləyə bilmirəm. Amma daha heç nəyin dəyəri yoxdur. Uduzmuş, sınmış bir adamam mən. Elə bil otuz ildə heç nə dəyişməyib . Bu qədər əziyyət çəkmişəm, amma heç nə edə bilməmişəm. Həmişə istədim ki, uşaqlarım mənə dəstək olsunlar, məni başa düşsünlər. Amma indi onlar üçün mənim istəyimin, sevincimin, kədərimin heç bir dəyəri yoxdur. Daha ümidim qalmayıb. Onların fikirləri, baxışları Səidə olan təmiz hisslərimi də çirkləndirdi.
Sayfa 351·Kitabı okudu
Həyat bizim qarşımıza min bir çətinlik çıxartdı. Amma bəlkə indi bunun əvəzini çıxmaq olar. Bəlkə həyat bundan sonra bizə xoş üzünü göstərmək istəyir. Bir dəfə də özümüzü fikirləşək. Bu həyatda bizimdə payımız var, elə deyil?
Sayfa 343·Kitabı okudu
Gənc olanda gələcəyi fikirləşirik. Gələn il necə olacaq, beş ildən sonra nə olacaq? Tələsirik ki, günlər tez-tez keçsin və biz tez gələcəyə çataq. Amma elə ki yaşa dolursan, daha gələcək olmadığına görə keçmişə baxırsan.
Sayfa 335·Kitabı okudu
Amma bəzən bir hadisə, bir şəkil adamı keçmişinə qaytarır. O zaman aynaya baxırsan. Görürsən ki, o keçmişdəki adamdan nə qədər fərqlənirsən.
Sayfa 334·Kitabı okudu
Niyə özündən şübhələnirsən? Olmaya, təzəliklə hisslərin o qədər güclənib ki, qorxursan ağlına qalib gələr? - Çox qorxuram... - Çox yaxşı. Elə bu qorxunun özü sənin ağlının və məntiqinin hələ işlədiyini göstərir.
Sayfa 327·Kitabı okudu