Mən qəhrəmanlıq oyunlarından yorulmuşam. Keçmiş, xatirələr o qədər acıdır ki, uda bilmirem. Sən də əl çək, gələcəkdən yapış. Qarşında yeni həyat var. Niyə özünü keçmişdə boğmaq istəyirsən?
Batan gəminin kapitanı kimi idim. Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər. Amma özüm gəmimdən də çox sınmışdım. Bir nicat qayığına etiyacım var idi. Məni uzaq bir yerlərə aparacaq xilaskar qayığa.