Hələlik, sadəcə, bu xatirələri qorumağa çalışırdı və ümid edirdi ki, nə vaxtsa əsl sevgiyə rast gəlsə, onu tanıya biləcək. Rast gəlsə, tərəddüt etməyəcək, o fürsəti əldən verməyəcək, ondan ikiəlli yapışacaq. Başqalarının etirazına baş qoşmayacaq, onların dəlillərinə məhəl qoymayacaq. Bu onun yeganə fürsəti, dəlikli daşdan keçən tək yolu olacaq və heç kim onun yolunu kəsə bilməyəcək...