Pakizar Hasanzade

Pakizar Hasanzade
@Pakizar
Baku, Azerbaycan, 22 Ağustos 2001
28 okur puanı
Temmuz 2016 tarihinde katıldı
Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmləri bura yazmaq vacibdir? Yəni adamdan elə bu iki şey qalır? Adı və bu iki tarix? Axı niyə belə? Axı əslinə qalsa bu yazıların adamın şəxsən özünə dəxli də yoxdur. Adını özü qoymayıb. Familini də həmçinin, təvəllüdü, ölümü də özündən asılı deyil. Olmaz ki, bura adamın şəxsən özünə dəxli olan şeylər yazsınlar, məsələn, kim idi, bu dünyada nə iş görüb, nə iş qoyub gedib, ya məsələn, tutalım, xasiyyəti necə idi? Kimə nə yaxşılığı, nə pisliyi keçib? Övladı olub, yoxsa yox, öləndən sonra kimi qalıb? Yoxsa quru rəqəmlərdən nə çıxsın?
Sonra qarara gəldim evə gedib ata-anamı oyadam. Hər şeyi onlara danışım, deyim ki, çox sağ olun, məni dünyaya gətirmisiniz. Ancaq adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü özünü dünyaya gətirir, özü özünə dünyada bir yer qazanır. İndi, əziz ata-anam, mən hələ bircə dəfə doğulmuşam. Mən hələ özüm yaranmamışam. Hələ ancaq sizin yaratdığınız kimi, sizin istədiyinizə uyğun olaraq yaşayıram. Çox sağ olun əziz ata-anam, məni böyüdüb boya-başa çatdırmısınız, oxutmusunuz, saxlamısınız, geydirib-yedirtmisiniz, mənə maşın almısınız. Amma mən daha özüm yaşamalıyam.
—Əzizim, — dedi, — adlarına ləkə düşməkdən qorxan bilirsənmi kimlərdir? O adamlardır ki, təmiz elə bir adlarıdır, özləri çoxdan çirkab içindədirlər. Ona görə də ancaq quru adlarını qoruyurlar. Aman günüdür ləkə düşər. Əgər mən özümü ləkəli bilmirəmsə, adamlar adıma nə ləkə vurur-vursun vecimə deyil.
Eh, sən nə yapışmısan: pis-pis! Heç nə başa düşmürsən. Pis adam. Yaxşı adam! — əlini başına apardı, küləyin dağıtdığı saçlarını səliqəyə salmağa başladı, — dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis...
Nemət özü haqqında danışmağı sevməzdi. Bəlkə də bacarmırdı. Amma indi qəribə bir həvəslə Sürəyyanın suallarına müfəssəl, yerli-yataqlı cavablar verirdi.