Pəri

Pəri
19 Ağustos 2002
51 okur puanı
Ağustos 2021 tarihinde katıldı
10/10
·316 syf.··
2024 2. kitabı
·
6 günde okudu
·
Okunma: 06 Ocak 2024 23:51
Araz üstə, buz üstə, Kabab yanar köz üstə. Qoy məni öldürsünlər
Təhminə və ZaurAnar Rızayev · Qanun Nəşriyyatı · 20191,847 okunma
Reklam
10/10
·512 syf.··
2022 12. kitabı
·
7 günde okudu
·
Okunma: 26 Temmuz 2022 11:59
Spoiler ola bilər. İsmayıl Şıxlının 10 ilə yazdığı şah əsər də bitdi. Kitabda o dövr Azərbaycanının həyat tərzindən bəhs edilir. Hadisələr Göytəpə kəndində cərəyan edir və əsərin sonuna yaxın Qori seminariyasında baş verən hadisələri də oxuyuruq. Göytəpə kəndinin sayılıb-seçilən insanı olan Cahandar ağanın ərli bir qadını qaçırmasıyla başlayır əsər. Cahandar ağaya qarşı həm müsbət, həm də mənfi düşüncədə olan insanlar tanıyıram və mən mənfi düşünən tərəfdənəm. İllərlə evli qaldığı, uşaqlarının anası olan qadını heçə sayır və onun üstünə qadın gətirir və yetməzmiş kimi Zərnigarın bunları sakit qarşılamağını gözləyir. Niyə? Çünki dədə-baba belə görüb, belə olub. Bir kişi bunu edəndə qoçaq, igid olar, gör e, kişiyə bax, gedib qadın qaçırıb, qorxmayıb! Amma qadın başını qaldırıb harasa baxsa, namussuzdur. Qadın-kişi bərabərsizliyini gözlər önünə sərib bu kitab. Əsərdə təhsilin önəmindən danışılır. Zülməti yaracaq tək işığın təhsil olmasından danışılır. Amma buna əngəllər var, əlbəttə ki. İlk əngəl elə özümüzünkülər, sapı bizdən olan baltalar, mollalardır. Kitab-dəftər deyəndə özlərindən çıxan, öz xeyirlərini güdən, din adı altında insanları dustaq edən "mollalarımız" insanlarımızın oxumasına ən çox etiraz edənlərdir. İsmayıl Şıxlı bu yerdə mollaları Əhmədin dili ilə belə izah edir: "Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.". Roman haqqında daha çox şey yazmaq olar, amma yazını burada bitirim. Şiddətlə romanı oxumağınızı tövsiyə edirəm:)
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,109 okunma
10/10
·360 syf.··
2022 1. kitabı
·
4 günde okudu
·
Okunma: 31 Ocak 2022 19:33
Avqi... sən o qədər dəyərlisən ki, sənin dəyərini sözlərlə ifadə edə bilmərəm. Sən güləndə güldüm, üzüləndə üzüldüm, yeri gəldi ağladım, məndə yerin hər zaman fərqli olacaq. Kitab yeri gələndə sizi güldürəcək, yeri gələndə üzəcək, yeri gələndə də özünüzü sorğulamağınıza səbəb olacaq. Siz olsanız necə reaksiya verərdiniz ? Avqi adi bir uşaq, Cek, Sammer adi bir uşaq olan Avqinin adi olan dostları. Sizi çox sevdim mən. Kitabın dili axıcıdır, sıxmır. Hadisələri digər obrazların dilindən də oxumağımız empatiya bacarığımızı daha da yaxşılaşdırır. Bu cəhətdən kitab çox yaxşıdı. Kitabı oxumağı hər kəsə tövsiyə edərəm, oxuyun, oxutdurun.
MöcüzəR. J. Palacio · 3 alma · 201415,5bin okunma
Puan vermedi·584 syf.··
2021 49. kitabı
İlk öncə deyim ki, Cəlil Məmmədquluzadə ən sevdiyim yazarlardan biridir. Əsərləri mənə çox şey qatıb, millətini oyatmaq üçün canla-başla çalışan bu şəxsiyyətin əsərlərini oxumaq bizim borcumuzdur, zira əsərləri bir dəryadır, eləcə də felyetonları. Felyetonlarında bir çox problemlərdən danışmışdır: qadın azadlığı, mollaların özbaşınalığı, millətin avamlığı, qızların erkən evləndirilməsi və s. Ən acınası vəziyyət isə budur ki, hələ də Cəlil Məmmədquluzadənin toxunduğu problemlərdən aktual olanları var. Onun felyetonlarında balaca qızların yaşlı kişilərlə evlənməsindən, qız doğulan evlərdə yas tutulmasından danışılır. Onun "Nişanlı bir qız" felyetonundan bir parça verək: "Nişanlı qız ağlaya-ağlaya deyir ki, "ey mənim qara bəxtim, nə olardı ki, mən anadan olaydım Firəngistan şəhərinin birində, atamın adı olaydı Fridrix, anamın adı olaydı Avqustina, mənim adım olaydı Mariya. Nə olardı ki, dünyanı işıqlandıran günün üzünə hərdənbir baxmış olaydım və atam-anam məni qoca kişiyə vermək istəyəndə bir söz danışmağa ixtiyarım olaydı. Ey mənim qara bəxtim, nə olardı ki, milyonlarca yazılan kitablardan ikicəciyini oxumuş olaydım və biləydim ki, dünyaya nədən ötrü gəlmişik". Cəlil Məmmədquluzadədən yaz-yaz bitməz, yenə deyirəm ki, əsərlərini, felyetonlarını oxuyun-oxutdurun.
Əsərləri - II CildCelil Memmedguluzade · Öndər Nəşriyyatı · 200437 okunma
10/10
·620 syf.··
2021 38. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Ağustos 2021 00:47
Müharibə temalı bir roman daha. Yazardan oxuduğum ilk roman oldu. Düzünə qalsa, yazarın başqa romanları varmı bilmirəm, ancaq müəllifin qələmi möhtəşəm idi. Roman çox axıcı, maraqlı idi. Hadisələr ölümün dilindən bizə danışılır. Roman 2-ci dünya müharibəsinin gətirdiyi fəlakətləri, insanların necə vəhşi yaratıqlar olduğunu göstərir bizə. Bu kitabda insanlığın qaranlıq üzünü görürük. Eyni zamanda bu kitabda qaranlığı öz işıqlarıyla parçalayan kitab oğrusunu, özünü kömürlə qaraldıb dünyanı fəth edən dəlini, səmanı oğurlayan gənci, qəhrəman Hansı və Rozanı görürük. Belə insanların hesabına dünya dönür, bəlkə də. Romanı oxumağınızı şiddətlə tövsiyə edirəm. Romanı oxuyun, oxutdurun. Romanı Hansla Lizelin arasında olan ata-qız münasibətini görmək üçün belə oxumağa dəyər. Qeyd edim ki, millət millətdən üstün deyil, ancaq insan insandan üstündür. KİÇİK BİR FAKT - nə vaxtsa siz öləcəksiniz.
Kitab OğrusuMarkus Zusak · Qanun Nəşriyyatı · 201814,5bin okunma
Reklam