Pərviz Əlyaroğlu

Pərviz Əlyaroğlu
@Parviz_Cabrayil
Yazar
Mühəndis
Bakı
Oğuz, Xaçmaz
6 okur puanı
Ocak 2020 tarihinde katıldı
250 syf.
·
Puan vermedi
Qızıl Buynuzdan Olan Qız
Qızıl Buynuzdan Olan QızKurban Said
8/10 · 65 okunma
Reklam
636 syf.
10/10 puan verdi
·
8 günde okudu
Bu da dillər əzbəri olan həmin kitab. İnanmıram ki, kitabı oxuyub bəyənməyən kimsə olar. Lakin qanun nəşriyyatının tərcüməsini elə də sevmədim. Buna baxmayaraq, bu, kitabın oxucuya bəxş etdiyi hissləri cüzi də olsa zəiflətmir. Kitabda təkcə Raskolnikovun cinayəti ilə deyil, eyni zamanda ayrı ayrı talelərlə qarşılaşırıq. Svidriqaylovun mənfur hisslərini həyata keçirmək üçün etdikləri, zavallı Marmeladovun acı taleyi oxucunu kitaba daha da bağlayır. Oxuduqca oxumaq istəyirsən. Kitabın adının da bu talelərin ümumi adlandırılması şəklində verildiyini düşünürəm.
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013158,9bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
Hakimiyyət ancaq o adamın əlinə keçir ki, o cəsarət edib əyilir və onu götürə bilir.
Sayfa 485 - Qanun nəşriyyatıKitabı okudu
Mən şəxsi xeyriyyəçiliyi inkar edirəm,çünki bu heç bir şeyi əsaslı surətdə yaxşılaşdırmır.
Sayfa 463 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Yeni il
...Budur! Daha bir soyuq bayram axşamı! Sən yoxsan deyə hər şey elə mənasız, elə cansıxıcı gəlir ki! İndi yolkaların həmin gur, parlaq işıqları da öləziyib, hədiyyə qutularının gözoxşayan rəngləri ürəkbulandıran cızma-qaraya çevrilib. Hər tərəfdən ətrafa yayılan kədərin kəsif qoxusu duyulur. Nə bayram nidaları eşidilir, nə də atəşfəşanlıq səsləri qulaq batırır. Yer üzü bu bayram günü yenə də sükuta qərq olub. Ətrafdakı naməlum səssizlik ruhumu incidir, nəfəs kəsən şaxta bədənimi titrədir. . Təəccüblüdür, bayram mənə ölümü xatırladır. Səsinə, nəfəsinə elə ehtiyacım var ki! Yavaş-yavaş gözlərim qaralır, sənə doğru gəlmək istəyirəm. Bir vaxtlar səninlə birlikdə dayandığım bu yolka ağacının altında indi tənha olduğum üçün qəhər məni boğur. Tanrıdan yalnız bir şey diləyirəm. Ölmək, ən qısa zamanda sənin yanına gəlmək istəyirəm...
Cəmiyyət normal surətdə qurulsa, o saat bütün cinayətlər yox olub gedər.
Sayfa 296 - Qanun nəşriyyatıKitabı okudu
...Dəli deyilən "xəstələr" başqalarından bir qədər çox ağıllarını itirmiş olurlar...
Sayfa 261 - Qanun nəşriyyatıKitabı okudu
... Əgər mənə bu vaxta qədər deyirdilərsə "sev", mən də sevirdimsə - bundan nə çıxırdı? Bundan o çıxırdı ki, mən əynindəki çuxamı iki yerə bölürdüm, onu yaxın bir adamla bölüşürdüm, biz ikimiz də yarıçılpaq qalırdıq. Bu rusca deyilən bir atalar sözünə oxşayır: "Bir neçə dovşanın dalınca birdən qaçarsan - heç birinə çatmazsan."
Sayfa 172 - Qanun nəşriyyatıKitabı okudu
250 syf.
8/10 puan verdi
·
3 günde okudu
Fransız yazıçı Brigitte Aubertin "la mort Des Bois" detektiv mükafatına layiq görülən bu əsəri oxucunu daim həyəcan içində saxlamağı bacarır. Əslində bir günə bitiriləcək kitab olsa da üç günə başa çatdıra bildim. Bütün detektiv kitablar kimi bu əsər də sonda təəccübləndirməyi bacardı. Həyəcanlı, maraqlı, oxucunu tutub saxlamağı bacaran bir kitabdır. Kitab qatilin və xidmətçinin gündəlikləri şəklində qələmə alınmışdır. Xidmətçi qadın bir gün təsadüfən qatilin gündəliyini tapır və dörd əkizdən birinin manyak qatil olduğunu öyrənir. Kitabın sonuna qədər onun kimliyini üzə çıxarmağa çalışarkən, hərdən çıxıb qaçmaq istəyir, hərdən isə günahsız insanları xilas etməli olduğunu düşünərək qaçmaq fikrindən daşınır. Beləliklə, qorxusuna üstün gələrək qatili ifşa etmək yolunda ilk addımı atır.
Doktor Marçın Dörd Oğlu
Doktor Marçın Dörd OğluBrigitte Aubert · Xan Nəşriyyatı · 0533 okunma
Reklam
2020 OKUMA HEDEFİ
11/50 kitap - %22 tamamlandı
11 kitap okudu
50 kitap
3.971 sayfa
2 inceleme
5 alıntı
#4865 En çok okuyanlar'da.
Resim