Bu dünya bir zindan kimidir.
Biz isə ömürlük məhbuslar.
Öldüyümüz gün azadlığa addım atdığımız gündür. Dünya bizim üçün dörd divar- dan başqa bir şey deyil.
Bir insan ömründə nə qədər "kaş kilər varmış. Oturub düşünən fərqinə vardım.
Gör nə qədər şeylərdən narazı imişik, sahib olduqlarımızı kaş deyib dəyişdirmək istəmişik.
Amma adı üstündə, olacağa çarə yoxdur, olanla ölənə çarə olmadığı kimi. Həyatımız-dan da "kaş ki"ləri çıxara bilmərik əsla.
Bir şeyi anladım ki, yanınızda olanlar deyil, yaranızda olanlardır sizə ən yaxın olan. Bunu dəfərlərlə başıma vura-vura öyrətdi həyat.
"Yaralar qabıq tutar, sağalar," deyirlər, düzdür, sağalır, amma mütləq bir iz qalır geriyə.
O iz həmin yaradan daha çox incidir səni. Hər gördüyündə daha çox yandırar canını.
Axı demişdilər, qabıq bağlar və sağalardı yaralar? Əksik deyiblər, sağalar, zahirən sağalar, amma daxilən bir ömür qanadar səni...
Tarix təkrarlanır. Yaşadığımız hər anı bir gün başqaları yaşayır. Güldüyümüz şeylərə başqaları gülür, getdiyimiz yerlərə daha başqaları gedir. Qısaca, biz kiminsə keçmişini eyni zamanda gələcəyini yaşayarıq...