Xalq və "mən" – bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmamalıdır. Ya xalq olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikincini götürdüm. Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O böyük bir vahidin kiçik bir parçasıdır.
Cəfər Cabbarlı – Oqtay Eloğlu
(Oqtayın nitqi)
Elə bir həyat qurulmalıdır ki, orada hər söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün.
Cəfər Cabbarlı – Oqtay Eloğlu