Mən bütün həyat fəlsəfəsini gücsüzlərin, yoxsulların yalvarışı, güclülərin, varlıların mərhəmət və səxavəti üzərində quran sayğısız peyğəmbərlərin məntiqsizliyini təkrar etmək istəmirəm. Mən gücsüzlərin, yoxsulların taleyini güclülərin, varlıların mərhəmət və səxavətinə deyil, onların öz əllərinə tapşırıram. Dünyada əbədi səadəti, azadlığı, sevgiləri, birlik və qardaşlığı tərəhhümlər, sədəqələr düzəltməyəcəkdir. İzlədiyim sevgi, birlik və qardaşlıq dünyası qurulmadıqca, mən ac oğruları, yolbasarlıqları doğruldur, bütün həyata başsızlıq bildirişi verir, bütün əski dünyaya qarşı hərb açıram. Budur mənim gedəcəyim yol.
Cəfər Cabbarlı - Od gəlini