Ramazan Tağıyev

Ramazan Tağıyev
@Ramazan_Tagiyev
Sıkı Okur
This text has been automatically translated from Azerbaijani. Show Original
Baku State University / Faculty of Law
642 syf.
10/10 puan verdi
·
Read in 13 days
"...Pikerinq siyasətçiləri müvəqqəti adamlar hesab edirdi. Şahmat fiqurları kimi, onlar taxtanın ağ və qara xanaları üzrə sürətlə keçib gedirdilər. Əsl oyunçularsa, onun özü kimi adamlar qalırdılar. Bir sözlə, siyasət qəddar biznesdir"... Klassik Den Braun əsəri. Onun əsərləri ola bilsin ki, sizin özünüinkişafınıza fövqəladə qatqıda bulunmasın. Amma yazarın sehrli qələmi olduğunu qeyd etməliyəm. 600 səhifədən ziyadə ölçüsü olan kitab ilk baxışda sıxıcı təsir bağışlasa da, heç də belə olmadığı tez bir zamanda bəlli olur. Birnəfəsə, həyəcanla oxunan triller düşünün. Əsərdəki hadisələr Yankilərin çox qədim bir məsəli ətrafında dövr edir desəm, yanılmaram: "Həqiqəti de və nə olur, qoy olsun!" Əsərdə prezident növbəti seçkiqabağı kampaniyasında uğursuzluğa düçar olduğu üçün sadə camaatı aldatmaqla böyükmiqyaslı hiyləyə əl atır. Onun tərəfində duran obrazlar isə bütün çətinliklərə rəğmən həqiqəti bütün dünyaya çatdırmaq uğrunda mübarizə aparır və qələbə qazanırlar. Çoxşaxəli bir əsər olmasına baxmayaraq olduqca axıcı və maraqlıdır. Dedektiv tipli romanlar oxuyanlar üçün məsləhətli bir əsər hesab etmək olar.
Yalan Nöqtəsi
Yalan NöqtəsiDan Brown · Qanun Nəşriyyatı · 201313.4k okunma
Reklam
Korki paradoksal həyat yaşayır, onda ən maraqlı xüsusiyyət budur ki, Alfa Sentavra ulduzuna qədər məsafəni millimetrinə qədər yadda saxlayır, amma müstəqil olaraq qalstukunu bağlaya bilmir
Sayfa 110Kitabı okudu
Bu, özlərini maariflənmiş hesab edən adamların "aldandıqları" nəzəriyyələr - konkret olaraq uçan boşqablar, soyuducularda saxlanan yadplanetlilərin meyidləri, adamların gəlmələr tərəfindən oğurlanması haqqında nağıllar- bütün bu sayıqlamalar onda yalnız ikrah hissi doğururdu

Reader Follow Recommendations

See All
Pikerinq siyasətçiləri müvəqqəti adamlar hesab edirdi. Şahmat fiqurları kimi, onlar taxtanın ağ və qara xanaları üzrə sürətlə keçib gedirdilər. Əsl oyunçularsa, onun özü kimi adamlar qalırdılar.
"Senatorun gözləri ,həqiqətən də, onun əvəzolunmaz silahı idi. Ona Ağ evə düşməyə, çox güman ki, məhz elə gözləri kömək etmişdi. Bu gözlər elə bil, komanda alıbmış kimi göz yaşlarıyla dola və artıq növbəti anda sanki zəngin və səxavətli qəlbin pəncərələrini açaraq aydınlaşa və dərhal ətrafdakıların etimadını qazana bilərdi... Öz qızının etimadını isə senator çoxdan itirmişdi, ancaq ölkənin etimadını sürətlə qazanırdı..."
Reklam
Geri143
652 öğeden 646 ile 652 arasındakiler gösteriliyor.