Çox gözəl başa düşürdüm ki, 30 yaşında ölməklə 70 yaşında ölmək arasında elə böyük farq yoxdur.
Nə qədər yaşayırsansa yaşa, fərqi yoxdur, səndən sonra da yaşayan kişilər va qadınlar olacaq dünyada və onlara həsad aparmaq, doğrudan da, axmaqlıqdır.
Çarpayıda uzanıb göyə baxır, fikrimi cəmləşdirməyə çalışırdım.
Səma yaşıla çalırdı - deməli, artıq axşam düşür. Mən tamamilə ayrı şeylər barədə düşünməyə çalışırdım. Ürayimin döyüntüsünü dinləyirdim. Heç cür təsəvvür edə bilmirdim ki, gözümü açandan bəri mənimlə ayrılmaz olan bu döyüntü birdən kəsiləcək.
Bir zamanlar az da olsa mənə həqiqi Sevinc bəxş edən yayın ətri, xoşladığım küçələr, axşam səmasının rəngləri, Marinin gülüşü, onun geyimi çöldən dalğa-dalğa axıb gələn bu xatirələr artıq mənə nəsib olmayacaq bir həyatın nişanələri idi.