Ceyhun Hidayətli
“Bəyaz Şeytan” müasir Azərbaycan ədəbiyyatında detektiv roman janrına maraqlı bir iz qoyan əsərdir. Bu kitab bir sirlə başlayır və oxucunu vahid ritmlə döyünən bir müəmmaya aparır — Melvin adlı bir şəxsin hər şeydən əvvəl gizlənmiş, sonra isə hamının gözü qarşısında tragik şəkildə bitən həyatının izi. Melvin Amerikadan İstanbula səfər edən turist qrupunun içində müəyyən təhlükəli məlumat daşıdığı ehtimalı ilə izlənilir; ancaq o, hoteldəki otağında öldürülür və bu qaranlıq ölümü əhatə edən bütün suallar havada asılı qalır. Kim? Necə? Niyə? — bu üç sual oxucunu səhifədən səhifəyə çəkən ən möhkəm tiraj kimidir.
Əsərin adı — “Bəyaz Şeytan” — paradoksal bir metafor kimidir: saf (bəyaz) və qorxunc (şeytan) bir obrazın eyni simada üzə çıxması oxucunu həm cazibədar, həm də narahat edən bir duygunun içinə çəkir. Əsərin axıcı dili, sakit bir cümlə ilə qatilin kimliyini soruşub, növbəti anda gizli qıfılı sındırma oyunu ilə oxucunun özünü sanki dedektiv Kənan Orucovla yanaşı qərar verməyə məcbur edir. Ən həyəcanlı yeri bura idi məhz mənim üçün...
Gizli rəqəmlər, ipucları və detallar arasında dolaşmaq, sadəcə “oxumaq” deyil, düşünmək, hiss etmək və nəticə çıxarmaq üçün bir çağırışdır.
Yazıçımız @ceyhun_hidayatli bəyə, belə bir roman yazıb ərsəyə gətirdiyi üçün təşəkkür edir, sağlam can, uğurlar arzulayıram. Qələminə qüvvət diləyirəm