- Ümumiyyətlə, insan formalaşmanın son həddinə nə zaman çatdığını bilmir. Siyasətdə, ya da yaradıcılıqda. Bəzi adamlarda bu yetmişdən sonra da ola bilər. Məsələn, Adenaur. Yaxud da doxsan yaşdan artıq ömür yaşamış Tisian. Şair Sergey Mixalkov səksən yaşından xeyli sonra evləndi. İndi onun doxsan üç yaşı var. Belə hallarda deyirlər ki, heç zaman “tövbə” demə.
Bir insanın satqınlıq etməməsi qeyri-münasib və ağır vəziyyətlərə düşmədiyindən deyil, onun təbiətcə, qəlbən və ruhən, vicdan baxımından satqın ola bilməməsindəndir.