Birdən ağlına gəldi ki,axırıncı dəfə özünü nə vaxt xoşbəxt hiss etdiyini xatırlamır.Onun həyatını acınacaqlı edən heç "Yaşıl göl"ə göndərilmək də deyildi.Bundan əvvəl o heç bir dostunun olmadığı,Derrik Dan kimi gicbəsərlərin onu ələ saldığı məktəbdə də bədbəxt idi.Heç kimin ondan xoşu gəlmirdi və məsələ burasındadır ki,özü də özünü bəyənmirdi.
Sayfa 212 - İndi isə özünü bəyənirdi.·Kitabı okudu
Stenlini ölümlə bağlı ən çox qorxudan şey ölməyin özü deyildi.Ağrıya tab gətirə biləcəyini düşünürdü.İndikindən daha pis hiss olacağını zənn etmirdi.Əslində,ola bilsin ki,ölüm anında ağrı hiss etməyəcək qədər zəif olacaqdı.Ölüm xilas yolu olardı.Onu ən çox narahat edən məsələ valideynlərinin oğullarının başına nə gəldiyindən,ölü ya diri olduğundan xəbərsiz qalması fikri idi.Ata-anasının günlərlə,aylarla hər şeydən xəbərsiz,saxta ümidlərlə yaşayacağını təsəvvür edəndə dəli olurdu.Onun üçün ən azından hər şey qurtaracaqdı.Valideynlərinin dərdi isə heç vaxt tükənməyəcəkdi.