"Mən bu həyatımda xəyal qurmaqdan qorxduğum kimi ikinci bir şeydən qorxmuram. Çünki, indiyə kimi qurduğum bütün gözəl xəyallarımı məhv olmuş gördüm. Mən xoşbəxt olmaqdan qorxuram, sevinməkdən, gələcəyə ümidlə baxmaqdan qorxuram. Düşünürəm ki, mən bunların heç birinə layiq deyiləm."
"Bəzən tək qaldığımda özümü dünyanı gəzən səyyah, uzaq bir adada sahildə evi olan bir varlı kimi təsəvvür edirdim. Çox qəribədir ki, xəyallarımda belə mən həmişə tək olmuşam, həmişə..."