"Mənə bundan da gülünc gələni isə, insanın ölümündən sonra Tanrının onun ruhunu gömüldüyü yoxluqdan öz yanına çağırıb, bu ruha sonsuzlara kimi çəkəcək cəzalar verəcəyi barədə danışılan uydurmalardır. Bu necə ola bilər?! Bir yandan ilkin varlığın maddi olmadığını demək, o biri yandan yanmağa heç nəyi olmayanı cəhənnəm odunda yandırmağa çalışmaq! Hara baxırsansa, hər yerdə qaranlıq, çalpaşıqlıq, uyğunsuzluq, gülünclük, sayıqlama, ələsalma, uydurma, fırıldaqçılıq görürsən"
Kapellan Qudmanla Anatom Sidrakın Ruhdan, Habelə Bir Çox Başqa Mövzulardan Danışıqları·Kitabı okudu
-"Qonşuluğunuzdakı, özü də nə üçün yaşadığını anlamayan bu mexaniki varlığın özünü ağgünlü saydığını görəndə heç özünüzü qaragünlü saymağınızın yanlış olduğunu düşündüyünüz olubmu?"
O mənə qulaq asıb dilləndi:
-"Siz düz deyirsiniz, bunu özümə dönə-dönə demişəm, birdən o qarı kimi anlamazın birisi olsaydım, onda, sözsüz, mən də özümü elə onun kimi ağgünlü sayardım, ancaq, sözün düzü, ha düşünüb-daşınıramsa, onun kimi ağgünlü olmağı özümə sığışdıra bilmirəm."