ŞƏLALƏ SÜLEYMANLI

ŞƏLALƏ SÜLEYMANLI
@Selale_20
Hayat kısa, kuşlar uçuyor
Öğretmen
12 okur puanı
Temmuz 2020 tarihinde katıldı
Puan vermedi·448 syf.··
2023 4. kitabı
·
7 günde okudu
·
Okunma: 15 Mart 2023 20:56
İlk olaraq demək lazımdır ki, əsər ağır irəliləyən bir əsərdir. Hər cümləsi insanı iki dəfə düşünməyə sövq edir. Müxtəlif mövzular üzrə, həyatı məsələrlə bağlı Zərdüşt vasitəsilə Nitşenin fikirlərini öyrənmiş oluruq. Azadlıq, sevgi, dostluq, nikah və s. Zərdüşt əvvəl insanları aydınlatmağa çalışan, daha sonra isə bunun boşuna olduğunu anlayan və tərki-dünyalığı seçən biridir. Zərdüşt "Çobanı yoxdur sürü var! Hamı eyni şeyi istəyir. Hamı bərabərdir. Başqa cür hiss edən könüllü olaraq dəlixanaya gedir."-deyərək əslində bütün gerçəkliyi açıqlamış olur. İnsanların mənasızca, bir-birini təqlid etmələri və sürü psixologiyası ilə hərəkət etmələri günümüz cəmiyyətinin ən böyük problemlərindən biridir. Zərdüştlə, dolayı yolla Nitşe ilə bəzi məqamlarda razılaşsam da bəzi məqamlarda fikir ayrılıqları yaşayırdım. Məsələn, Zərdüştün qadınlarla bağlı olan fikirləri, onları yalnız hisslərdən ibarət olaraq görməsi qəbul etmədiyim məqamlardan biridir. Lakin onun özünü ram edənlər haqqında fikirləri ən düşündürən məqamlardan biridir. "Canlı necə edir ki, o itaət edir və əmr edir və həmçinin, əmr edə-edə itaətkar olur?!"
İnsan ve Duygular
Zərdüşt Belə Söyl­ədiFriedrich Nietzsche · Qanun Nəşriyyatı · 202047,5bin okunma
Reklam
Puan vermedi·151 syf.··
2023 2. kitabı
·
34 saatte okudu
·
Okunma: 31 Ocak 2023 21:23
Çox sevimli kolleqam olan yazıçı Rəqibə Qəvvasın mənə hədiyyə etdiyi bu kitab ürəyimdə dərin iz buraxdı. Kitabda yazarın "Zərnigar" adlı romanı və bir neçə hekayəsi yer alır. Romanda əsas mövzu olaraq Qərbi Azərbaycandan köçürülən azərbaycanlıların həyatından söhbət gedir. Bir ailənin timsalında bütöv bir tarixə nəzər salınır. Mənfur ermənilərin çirkin əməllərini bütün çılpaqlığı ilə ortaya qoyur və tarixi faktlarla sübut edir. Kitabda yer alan hekayələr isə müxtəlif mövzularda yazılmışdır: Qarabağ müharibəsi, sadə insanların taleyi, daxili dünyamıza səyahət və s. Hekayələri oxuduqca özümüzdən bir parça tapacağımız mövzulara toxunmuşdur yazar.
Duygu ve Düşünce
Taleyin o biri üzüRəqibə Qəvvas · Elm və təhsil · 20192 okunma